Tarixin dedikləri demədikləri

 

İşğal tariximizin daha bir günü - 23 avqust 1993-cü il. Həmin gün Qarabağın böyük rayonlarından olan Cəbrayıl Füzuli erməni quldur dəstələri tərəfindən işğal edildi. İtirilən rayonlarımızın, kəndlərimizin sırasına daha ikisi əlavə olundu.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Kiçik Qafqazın cənub-şərq ətəklərində yerləşir, Araz çayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. 23 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edildi. Nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydi. Cəbrayıllılar respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində çadır düşərgələrində, yük vaqonlarında yataqxanalarda məskunlaşdılar.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir. Füzuli rayonu kimi, o da cənubdan Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Bu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı digərləri yerləşir. Rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Bu yerlərdə yaşı 400-500 olan 14 iri çinar ağacı, 104 kəhriz 99 bulaq vardı.

Rəvayətə görə, Cəbrayıl ata VIII əsrdə Sultan Əhməd adlı hökmdarın yaxın adamlarından biri idi Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya onun övladlarına məxsus olub. OnunCəbrayıl ataadı ilə məşhur olan məqbərəsinin uzunluğu 4,5, eni 2,4, hündürlüyü 1,8 metrdir. Digər mənbə məlumata görə, “Cəbrayıltoponimi Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayılsözü ərəbcəAllahın quludeməkdir.

Vaxtilə Cəbrayılın ərazisi Midiya (m.ə. VII-IV əsrlər), Əhəmənilər imperiyasının (m.ə. IV-III əsrlər), Albaniya (m.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Həm Babəkə qədər, həm onun dövründə, həm ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi idi. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu, 1478-ci ildən Ağqoyunlu dövlətlərinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısı XIX əsrin əvvəllərindən Qarabağ xanlığının tərkibində olub. 1823-cü ildə rus məmurları vergi yığmaq məqsədilə siyahı tərtib edərkən Cəbrayılda 17 tirə, 443 ev, 2200 əhali qeydə almışdı.

Rusların işğalından sonra Cəbrayıl ərazisi bir müddət mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildən isə Şuşa qəzasının tabeliyinə verilib. Hələ o vaxtlar Cəbrayılda baramaçılıq, xalçaçılıq geniş inkişaf edib, 5 ipək fabriki olub. 1873-cü ildə Cəbrayıl ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min kvadratkilometr, əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX əsrin axırları, XX əsrin əvvəllərində Rusiya-İran dəmiryol xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla Cəbrayıl rayonu təşkil ediləndə indiki hüdudları daxilində olmaqla sahəsi 1050 kvadratkilometr, əhalisi 24.300 nəfər olub.

Tanınmış ziyalıları mərd oğulları ilə həmişə fəxr edən Cəbrayıl Azərbaycan SSR-in maarif naziri akademik Mehdi Mehdizadə, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Əşrəf Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas Tofiq Hacıyev, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov, erməni hərbçisinin cavabını verdiyi üçün Rumıniyada məhbus həyatı yaşayan Ramil Səfərov, Azərbaycanın Milli qəhrəmanları Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov, Akif Əkbərov, Sosialist Əməyi qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev kimi neçə-neçə tanınmış simanın yurdudur. Dünyaca məşhur Xudafərin körpüləri bu rayonun ərazisindədir.

* * *

Bütün dövrlərdəerməni-müsəlmanqarşıdurmalarında bu bölgənin insanları yüksək şücaət mərdlik nümunəsi göstəriblər. Kökə, torpağa bağlılıq adət-ənənəyə, dinə sadiqlik buradakı insanları həmişə fərqləndirib. Bunu hələ bitməyən Qarabağ savaşı, bir Cəbrayılın bu savaşda şəhid olmuş övladları öz qanı qəhrəmanlığı ilə bir daha sübut etdi...

Cəbrayıl öz tarixinin ən ağır günlərini 1993-cü ildə yaşadı, bu qədim ərazi erməni qəsbkarları tərəfindən zəbt edildi. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzi Xudafərin körpüsü istiqamətində Milli Ordu irəliləsə , yalnız Cocuq Mərcanlı kəndi azad olundu.

İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları dəyərində ziyan dəydi. Cəbrayılın 52049 sakinindən 362 nəfəri şəhid, 191 nəfəri isə əlil oldu. Dağıntıya məruz qalan sənaye kənd təsərrüfatı obyektlərinin sayı 52, mədəni-maarif müəssisələri 149, kənd qəsəbələri 91, tarixi abidələri 127-dir.

* * *

Erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra hazırda 66509 nəfər rayon sakini (16014 ailə) respublikanın 55 şəhər rayonunda müvəqqəti məskunlaşıb. 32 min 98 nəfər (48,3 faiz) Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, 3 min 991 nəfər (6 faiz) Abşeron rayonunda, 5 min 653 nəfər (8,5 faiz) Sumqayıt şəhərində, 18 min 316 nəfər (27,5 faiz) Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, 6 min 451 nəfər isə (9,7 faiz) digər şəhər rayonlarda məskunlaşıb.

Bütün bu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi göstəriciləri ürəkaçandır. 2012-ci ilin 7 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 5 milyon 428,6 min manat, o cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 5 milyon 37 min manat olub. Əhalinin gəlirləri 36 milyon 446 min manat, xərcləri 37 milyon 49 min manat, göstərilən pullu xidmətlər 4 milyon 603 min manat, adambaşına düşən aylıq gəlir 547,9 manat, orta aylıq əməkhaqqı isə 161 manat təşkil edib.

Ümummilli lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli fərmanına əsasən cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişQaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə 1858 evdən ibarət daha 5 qəsəbə salınıb ümumilikdə bu 11 qəsəbədə müasir tipli, hər biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi, 5 həkim ambulatoriyası, 11 qəsəbə əhalisinə xidmət göstərən 50 çarpayılıq 1 sahə xəstəxanası, qəsəbə nümayəndəlikləri üçün 11 inzibati bina, baytarlıq idarəsi üçün inzibati bina, 3 qəsəbədə yanğından mühafizə idarəsi üçün bina 2011-ci ilin mart ayında rayon icra hakimiyyəti üçün ikimərtəbəli yeni inzibati bina tikilib istifadəyə verilib.

Dövlət proqramına uyğun olaraq Biləsuvar, Saatlı rayonlarında yaradılan yeni qəsəbələrdə Bakı şəhərində tikilən hündürmərtəbəli binalarda 4466 cəbrayıllı köçkün ailəsi ya ümumi rayon əhalisinin 30 faizi mənzillə təmin olunub, Bakı Sumqayıt şəhərlərində 94 məskunlaşma obyektinin təmirindən sonra 3052 cəbrayıllı ailənin yaşayış şəraiti yaxşılaşıb.

Torpaqlarımızı erməni hərbi birləşmələrinin təcavüzündən müdafiə edərkən həlak olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonu ərazisindəki 3-4 saylı qəsəbə arasındaŞəhidlər abidə kompleksiucaldılıb.Şəhidlər abidə kompleksi”nin tikinti altında olan ümumi ərazisi 3380 kvadratmetrdir. Erməni işğalçılarına qarşı mübarizədə həlak olan, itkin düşən hərbi qulluqçuların, hərbi xidmət vəzifəsini yerinə yetirən zaman vəfat edən əsgərlərin, polis işçilərinin, mülki şəxslərin 392 nəfərininŞəhidlər kompleksi”ndə lövhəsi vurulub. Onlardan 368 nəfəri rayonun sakinləri, 24 nəfəri isə əslən Cəbrayıldan olub, Bakı, Sumqayıt digər rayonlarda məskunlaşan həmyerlilərimizin övladlarıdır.

Artıq rayon əhalisi qəsəbələrdə pay torpaqlarında əkdiyi arpa buğda sahələrində biçini başa çatdırıb bol məhsul əldə edib.

Bir sözlə, həyat davam edir, lakin bu həyatın davamı, ölkə başçısının dediyi kimi, doğma torpaqlarda olmalıdır: “Bu gün Azərbaycanın əsas problemi 20 faiz torpaqların Ermənistan tərəfindən işğalı bunun nəticəsində bir milyondan çox qaçqın məcburi köçkünün olmasıdır”.

 

Bəxtiyar QARACA,

 

Azərbaycan.- 2015.- 22 avqust.- S. 5.