TANAP layihəsi üzrə tikinti işləri fasiləsiz davam etdirilir

 

Təxminən 10 milyard dollar dəyərində olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işləri fasiləsiz davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Qars vilayətinin Səlim Bələdiyyəsinin sədri Coşkun Altun deyib. O bildirib ki, təməli Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə Qarsda qoyulan Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq TANAP-ın Səlim mahalındakı tikinti sahələrində işlər sürətlə aparılır.

TANAP-ın dünya layihəsi olduğunu deyən C.Altun bildirib ki, bu, Azərbaycan-Gürcüstan-Türkiyədən keçən koridorla Yunanıstan Avropa ölkələrinə nəql ediləcək təbii qaz boru kəməridir.

O qeyd edib ki, TANAP həm iqtisadi, həm geosiyasi baxımdan Türkiyə üçün çox mühüm layihədir. Bu layihə Ardahan vilayətinin Posof mahalından başlayır, əsas tikinti sahələri isə Səlimdə qurulub. TANAP hazırda uğurla problemsiz həyata keçirilir.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə qardaş ölkədən Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Cənubqaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənubqaz dəhliziQapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz bp şirkəti - 12 faiz.

 

Azərbaycan.- 2015.- 23 avqust.- S. 1.