Vətənin yaraları

 

Harada yaşamalarından asılı olmayaraq, azərbaycanlıları həmişə bir cəhət birləşdirib - milli eyniyyəti qoruyub saxlamağa, mənsub olduğu xalqın tarixini, mədəniyyətini unutmamağa çalışmaq. Amma qürbətdə olmağın özü bütöv ailələrin, xalqların tarixindəki kədərli, bəzən isə faciəli məqamlarla əlaqədardırsa, onda uzaq vətənin ağrı-acısını öz nəbzi kimi hiss edənlərin doğma el-obaya bağlılıq hissi “Harada çörək varsa, ora sənə vətəndirprinsipi ilə xarici ölkələrə üz tutan insanlardan qat-qat güclüdür.

Azərbaycan xalqının tarixində qanlı qırğın maşınının yüz minlərlə ailənin ocağını söndürdüyü faciəli səhifələr az deyil. Xalqımız Stalin repressiyalarının, azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasının şahidi olub. Ötən əsrin axırlarında əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi bir milyondan çox qaçqın məcburi köçkün ordusunun yaranması isə sinəmizə çalın-çarpaz dağ çəkib.

Vətənin köksünə vurulan yaralar hər birimizin qəlbini sızladır”, - deyən böyük fransız yazıçısı Viktor Hüqo vətənə məhəbbət anlayışının mahiyyətini necə məharətlə çatdırıb. Tarixin qaranlıq səhifələrinin öyrənilməsi, azərbaycançılıq ideologiyasının, Azərbaycanın haqq işinin dünyada təbliği hamımızın həyat amalı olmalıdır. Əlbəttə, tarixi faktların işıqlandırılması, əvvəllər ictimaiyyətə məlum olmayan arxiv materiallarının açıqlanması mütəşəkkil vətəndaşlıq mövqeyi, vətənpərvərlik nümunəsi kimi ən yüksək qiymətə layiqdir. Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, istefada olan polkovnik, mərhum Sadıq ZeynaloğlununTarixin qan yaddaşıOnları vətəndən məhrum etmişdilərkitablarının  həmvətənimiz, sahibkar, ötən əsrin uzaq 30-cu illərində ailəsi Azərbaycandan Orta Asiyaya sürgün edilmiş Mehdi Məmmədovun sifarişi ilə təkrar nəşr olunması dərin ehtirama layiq bir addımdır.

AZƏRTAC xəbər verir ki, bu kitablar Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının informasiya media məsələləri üzrə nazirlərinin bu günlərdə Astanada keçirilən birinci görüşünün iştirakçıları arasında paylanılıb.

Arxiv sənədləri əsasında yazılanTarixin qan yaddaşısənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Orbelyan soyadlı XDİK əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - uşaqlara, qocalara, qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda ölkəmizin digər bölgələrində repressiya olunanların Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.

Onları vətəndən məhrum etmişdilərkitabıTarixin qan yaddaşısilsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin bir göz qırpımında doğma yurdundavətən düşməninəçevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.

 

Azərbaycan.- 2015.- 23 avqust.- S. 3.