Azərbaycanın qədim tarixini sinəsində qoruyub saxlayan məkan

 

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə qonşu olan, Cəbrayılla bir gündə işğal olunan Füzulinin tarixi çox qədimlərə gedib çıxır.

Füzulidən danışarkən təkcə bir faktı demək kifayətdir: yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik abidələrindən biri - Azıx mağarası Füzuli rayonu ərazisindədir. Azıx mağarası indinin özündə analoqu olmayan ilk insan məskəni kimi bəşər sivilizasiyasını heyrətləndirməkdədir.

 Hələ 1827-ci ildən bu bölgə Qarabulaq adı ilə tanınıb. 1930-cu ildə sovet hakimiyyəti bir sıra yaşayış məntəqələrimizin adını dəyişdirdiyi vaxt Qarabulağı daunutmadı”. Bu dəfə onun adıQaryaginrayonu oldu. Bu qondarma adı isə Qarabağın bu müqəddəs torpaqları 1959-cu ilə qədər daşımalı oldu.

İndiki adı isə böyük söz ustadı, Azərbaycan türk poeziyasının korifeyi  Məhəmməd Füzuli ilə bağlıdır. Məhz M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırıldı.

Rayon ərazisindəki Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə kurqanlarında, Quruçay sahillərində digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz sinəsində qoruyub saxlayan dərin köklərə malik bir ərazidir.

Rayonun ərazisi 1386 kvadratkilometr, əhalisi 105 min nəfərdir. Rayonda iki şəhər, 75 kənd digər yaşayış məntəqələri var. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan çayı Araza tökülür.

İşğala qədər, yəni 23 avqust 1993-cü ilədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm dəri-zöhrəvi xəstəliklər dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz sovxoz, 12 fermer təsərrüfatı digər obyektlər var idi. Ümumilikdə 190 mədəni-maarif müəssisəsi, 94 kənd qəsəbə, 40-dan çox tarixi abidə işğala məruz qalıb.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli sakinlərinin doğma torpaq uğrunda verdiyi itkilər çoxdur. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib.

Ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərbindəki 50 kənd -  125 368 hektar ərazisi ermənilərin işğalı altındadır.

1994-cü ildə rayonun bəzi əraziləri işğaldan azad olundu. Bu ərazilərdə 13 qəsəbə 20 kənd var. Qəsəbələrdən 12-si yeni salınıb məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Araşdırmalara görə, Füzuli rayonunda ümumi ehtiyatları

58  858 min kubmetr mişar daşı istehsalına yararlı iki - Dövlətyarlı Dilağarda əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11  211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13  053 min kubmetr olan Quruçay qum-cınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb işğala qədər mühafizə olunub.

Vaxtilə məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələri olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi s. fəaliyyət göstərirdi.

Bu gün işğaldan azad olan ərazilərdə təsərrüfat quruculuq işləri davam edir. Uçurulan evlər, dağılan yollar bərpa edilib qaydaya salınır. Amma Füzulinin sağalmayan yaraları var. Onun bu savaşlarda 1100-dən çox şəhid itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkib, onlardan 155-i yetim qalıb.

Vətənimizin bu dilbər guşələrinin azadlıq günü isə hələ qabaqdadır. Onu, ulu Füzuli demiş, heç əvəz edə bilməz:

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın...” deyərkən illər öncə  Füzuli, hər şeydən əvvəl, vətən torpaqlarını nəzərdə tuturdu. yazıq ki, bu vəsiyyətə əməl edə bilmədik.

 

 Bəxtiyar QARACA,

 

Azərbaycan.- 2015.- 23 avqust.- S. 5.