Bakı unudulası şəhər deyil

 

Dünyanın çox ölkəsini gəzmişəm. Avropa, Şimali Asiya Şimali Amerikanın əksər yerlərində olmuşam. İşimlə əlaqədar Cənubi Amerika, Şərqi Avropa, hətta Rusiyaya da səfərlər etmişəm. 8 yaşlı qızım həyat yoldaşımla birgə Cənub-Şərqi Asiya, Avstraliya, Karib Sakit okeanın Fici kimi uzaq adalarına səyahət etmişəm.

Bu ilin əvvəlində isə növbəti məzuniyyətimi planlaşdırırdım. Xəritəni gözdən keçirdim, bir çox yerdə olduğumdan indi mənim üçün heç vaxt olmadığım ölkə daha əhəmiyyətli idi. Xəritəyə baxarkən dünyanın bir parçası olan Mərkəzi Asiyanın Xəzər dənizi ətrafı gözümə sataşdı. Dərhal İpək yolunun şəkilləri fikrimdə canlandı mən quru Çin səhralarından Xəzər dənizi boyu uzanan, oradan Yaxın Şərqə, sonra Avropaya gedən yolları ipəklə dolu karvanları təsəvvür etdim. Bu fikir məni coşdurdu İpək yolunun üzərində yerləşən Azərbaycanın paytaxtı Bakı şəhəri məni cəlb etdi.

Bakıya bilet sifariş etdim. Həyat yoldaşım növbəti gün məndən haraya gedəcəyimi planladığımı soruşdu. Dedim ki, səfər planım Azərbaycandır. Onun ilk reaksiyası belə oldu: “Azər nədir?”, “Harada yerləşir?” Ona dedim ki, Azərbaycan Qafqazda, İran Rusiyanın arasında yerləşir. “Oh, sən əminsən ki, ora təhlükəsiz yerdir?” - deyə cavab verdi. Mən əvvəllər onun belə səs tonunu eşitməmişdim, sanki o mənim bu səfərimlə bağlı narahatlığını ifadə edirdi.

Növbəti gün Azərbaycana viza prosesini həll etmək üçün pasportumu Vaşinqton DC- göndərdim bir neçə həftəyə pasportum geri qayıtdı, dərhal onu açdım bir neçə səhifənin arasında rus ingilis dillərində yazılmış vizaları gördüm. Artıq Azərbaycan üçün viza biletlərimlə birgə hazır idi. Bu səfərdən bir həftə əvvəl mənim Birləşmiş Krallığa biznes səfərim var idi, buna görə Londonda idim. Londonu Bakıdan 5 saatlıq uçuş ayırırdı. Mən orada bir neçə dostuma bu səfərimlə bağlı məlumat verəndə onların da müxtəlif reaksiyaları ilə qarşılaşdım. Mənə suallar verdilər: “Azər nədir?”, “Yer kürəsinin harasındadır?”, “Oh, Cənubi Amerika, düzdür?”, “ üçün oraya getmək istəyirsən?”, “Sən əminsən ki, bu səfər təhlükəsizdir?” s.

Amma tezliklə bir həftə gəldi LondonunHearthrowaeroportuna getmək vaxtı yetişdi. Hava limanına gedib orada Bakı üçün qeydiyyat yerini tapdım. Qısa yoxlanışdan sonra mən nəhayət London-Bakı yolunda idim. Bakı haqqında heç bilmirdim. İnsanlar necə geyinir, kişilər saqqal saxlayır, yaxud papaq qoyurlarmı, qadınlar bütünlüklə bağlı geyinirmi - bütün bunlar barədə təsəvvürüm yox idi.

Təyyarəyə minənə kimi bilmirdim ki, hava gəmisi müasir olacaq, yaxud köhnə sovet stilli. Amma içəriyə daxil olarkənBoing 787 Dreamliner”in müasir dizaynı, daxili sistemi s. məni çaşdırdı. Hətta yemək bir şüşə şərabdan sonra istirahət etmək mümkün oldu.

Bakı Hava Limanına çatanda da xeyli təəccübləndim. Müasir fərqli görünüşü vardı. Burada gözəl mərmər döşəməyə maraqlı ətir, içki reklam lövhələrinə rast gəldim. Aeroportun bütün işçi heyəti Qərb geyimli idi.

Mən çantalarımı gözləyərkən internet şəbəkəsi istədim, cəld axtarış olundu “Baku Free Wİ-Fİ” tapdım. ABŞ Londonda bunun üçün müxtəlif şərtlərə razı olmalısan ki, qeydiyyatdan keçə biləsən. Amma onlardan fərqli olaraq, Bakıda 100 faiz açıq “Wİ-Fİ” var idi. Bu, Bakıya heyran qalmağım üçün artıq bir başlanğıc oldu. Çantalarımı götürən kimi bayıra çıxdım taksi sürücülərinin əllərində su adam gözləmələri təəccübümə səbəb oldu. “London taksisi”ndə sürücülər ingilis dilində danışa bilirdilər. Hava limanından şəhərə gələn yol avtomobillər Avropada olduğu kimi idi. Yol boyu sol sağ tərəfi, neft sahələrini görə bildim. Nəhayət, şəhərin mərkəzinə çatanda mən Bakının landşaftının fərqli olduğunu, onun müasir Avropa şəhərinə bənzədiyini gördüm. Açıq kafelər, tanınmış Qərb brend butikləri, küçələrdəki mağazalar s. diqqətimi çəkdi.

Hotelə yerləşdikdən sonra Bakı bulvarına yollandım. Bu park dənizlə sərhəddə çox strateji yerdə salınıb. Parkda müxtəlif cür istirahət edən, dondurma yeyən, sərinləşdirici içki içən insanlar oynayan uşaqları digər Avropa şəhərlərində görmək mümkündür. Burada hər kəs normal Qərb geyimində idi, Hətta qadınlar, Qərbi Avropadan fərqli olaraq, daha dəbli geyimdə gəzirlər. Diqqət etdiyim başqa bir şey isə insanların öz itləri ilə parklarda gəzməməsi idi. Halbuki bu, Avropada bir dəb halını alıb.

Şəhərə gedərkən vegetarian olduğum üçün yeməklə bağlı bəzi problemlərin olacağını gözləyirdim. Aydındır ki, ət azərbaycanlıların pəhriz yeməklərinin tərkibinə daxil deyil. Amma mən nəsə yerli bir şey yemək istəyirdim. Küküadlı restorana daxil oldum, dedilər ki, burada ancaq orijinal Azərbaycan mətbəxi olur. Qısa danışıqdan sonra xidmətçi mənə kükü gətirdi. Etiraf edim ki, çox dadlı idi.

Səfər zamanı azərbaycanlıların xeyirxah olduğunu hər kəsə kömək etmək istədiklərini gördüm. İlk tanışlığım zamanı ingilis dilində yaxşı danışan Əli adlı oğlan mənə şəhərin müxtəlif yerlərini göstərdi. O, dostcanlı bilikli idi. Azərbaycanda olduğum müddətdə bir neçə maraqlı görməli yerə baş çəkdim. Xüsusən Bakı bulvarı, Fəvvarələr meydanı, “28 Moll”, “Atəsgahməbədi, Alov Qüllələri, İçərişəhərin adını çəkə bilərəm. Ümumiləşdirdikdə, mənim Azərbaycana səfərim, yəqin ki, indiyə kimi etdiyim səfərlər sırasında ən ekzotik bir mükafat idi. Avropa stilli olmaqla yanaşı, yerli adət-ənənələr Bakını unikal maraqlı şəhər edib.

Belə qənaətə gəldim ki, Bakı təkcə təhlükəsiz şəhər deyil, həm tarixi yerlərlə zəngindir. Bir sözlə, bura unudulası şəhər deyil.

 

Karthik RANJAN,

ABŞ, Vaşinqton

 

Azərbaycan.- 2015.- 23 avqust.- S. 5.