Musiqi və incəsənət
mərkəzi tikilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Ağstafa rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür. Yeni-yeni inzibati binalar, yaşayış evləri tikilir, sosial obyektlər inşa olunur, yollar çəkilir, bağçalar və parklar salınır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin regionların inkişafına göstərdiyi tükənməz qayğı və diqqətin bəhrəsidir.
“Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin sərəncamı ilə şəhərin mərkəzində musiqi və incəsənət mərkəzi inşa olunur. Qısa müddət ərzində binanın tikintisində xeyli işlər görülmüşdür. Dəmir beton karkas sistemi quraşdırılmış, konsert salonunun dam örtüyü qoyulmuş, binanın milli üslublu fasad hissəsi tamamlanmışdır. Hazırda ayrı-ayrı otaqlarda, mərkəzi zalda və geniş foyedə son tamamlama işləri aparılır. Layihə üzrə nəzərdə tutulan işlərin sürətlə görülməsi təmin edilir.
Azərbaycan.- 2015.- 23 avqust.- S. 6.