Makroiqtisadi göstəricilərin təqdirəlayiq olması uğurlu siyasətin nəticəsidir

 

Hər bir ölkənin yüksəlişi, tərəqqisi həyata keçirilən sosial-iqtisadi siyasətdən, malik olduğu resursların səmərəli istifadəsindən, iqtisadi potensialının hərəkətə gətirilməsindən asılıdır. Bu mənada Azərbaycanda reallaşan uğurlu iqtisadi siyasət respublikamızın zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına Azərbaycanın gəlirlərinin sürətlə artmasına gətirib çıxarıb.

Öz növbəsində bütün bunlar əldə olunan gəlirlərin düzgün idarə edilməsi iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların həyata keçirilməsi qısa müddətdə iqtisadi vəziyyətin ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə yol açıb. Bu inkişafın xüsusən dünyada hələ qalmaqda olan maliyyə-iqtisadi böhranlarının, müharibələrin, neftin qiymətinin ucuzlaşmasının, o cümlədən MDB üzvü olan bir sıra dövlətlərdə dərinləşən iqtisadi problemlərin fonunda baş verməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın düzgünlüyündən xəbər verir. Məlum olduğu kimi, Yunanıstanda xeyli müddətdir baş qaldıran hələ tam yoluna qoyulmayan maliyyə çətinlikləri bütövlükdə Avropa İttifaqında ortaya çıxan iqtisadi problemlərin göstəricisidir. Çinin iqtisadi artım sürətinin geriləməsi fond birjalarındakı təlatümlər qlobal iqtisadi artım proqnozuna mənfi təsir göstərən əsas amillərdən olmaqla xammal məhsullarına, o cümlədən neft neft məhsullarının qiymətlərinə mənfi təsir göstərməkdədir. Suriya, İraq kimi dövlətlər məhz Qərbin siyasi oyunlarının nəticəsi kimi artıq neçə illərdir qan çanağına dönüb. MDB- isə dövlətlərin bir çoxunda inflyasiya baş alıb gedir. Şübhəsiz ki, qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür ilk növbədə ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərir. Lakin Avropada, Yaxın Şərqdə təbəddülatların dərinləşdiyi bir dövrdə dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycanın iqtisadi böhrandan itkisiz qurtulması hətta uğur əldə etməsi ölkəmizin ən mühüm nailiyyətlərindən biridir.

İqtisadiyyatın inkişafı ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsinin, bu sahədə liberallaşma tədbirlərinin miqyasının genişləndirilməsinin, biznes mühitinin daha da yaxşılaşdırılmasının ayrı-ayrı dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsi olaraq hər dəfə olduğu kimi ölkəmizin 2015-ci ilin ötən dövrünü uğurla geridə qoyduğunu təsdiq edir. 2015-ci ilin ötən aylarında iqtisadiyyatın bütün istiqamətlərini tam əhatə edən müsbət nəticələr əldə olunub, makroiqtisadi göstəricilər yüksəlib. Belə ki, bu ilin əvvəlindən indiyədək Azərbaycan iqtisadiyyatı 5,7 faiz artmışdır. 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 32,1 milyard manata catmışdır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu barədə bildirib.

Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə ayrı-ayrı sahibkarlara güzəştli kreditlər ayrılır. Təkcə bu il sahibkarlığın inkişafına dəstək olaraq SKMF xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib.

Bütün bunların nəticəsi olaraq Azərbaycanda ÜDM-nin artımında diqqəti çəkən mühüm cəhət ondan ibarətdir ki, bu ilin ötən dövrünün yekunları ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü tam doğrultduğunu konkret faktlar əsasında meydana çıxarır. Çünki 2015-ci il ərzində qeyri-neft sahəsinin inkişaf səviyyəsi neft sektoruna nisbətdə yenə yüksəlib. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir.

Fərəhli haldır ki, ilin birinci altı ayı ərzində iqtisadiyyatın qeyri-neft sektorunda ciddi artım müşahidə olunmuşdur. Bu sferada baş verən 9,2 faizlik artım dünyada nadir hallarda rast gəlinən mühüm iqtisadi hadisədir. Bununla da qeyri-neft sahələrinin ÜDM- xüsusi çəkisi əvvəlki ildəki 57,5 faizdən 68 faizə yüksəlmişdir. Bütövlükdə ÜDM-nin 35 faizi sənayenin, 12,5 faizi ticarət, turistlərin yerləşdirilməsi ictimai iaşə xidmətlərinin, 13,6 faizi tikinti kompleksinin, 5,7 faizi nəqliyyatın, 6 faizi kənd təsərrüfatının, 1,9 faizi rabitənin, 17,2 faizi digər sahələrin payına düşmüşdür. Məhsula idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil etmişdir.

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri bu sahəyə investisiya qoyuluşlarının həcmi keyfiyyətidir. 2015-ci ilin 6 ayında Azərbaycan iqtisadiyyatına 12,7 milyard dollar investisiya qoyulmuşdur. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə olduqca yüksək göstəricidir. Əslində, qlobal böhranın Azərbaycana ciddi sirayət etməməsinin əsas səbəblərindən biri məhz ölkənin regionlarında əlverişli biznes investisiya mühitinin formalaşması, adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsidir. İnvestisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bütövlükdə, 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq uğurludur. Bu göstəricilər Azərbaycanın iqtisadi baxımdan inkişafının davamlı olduğunu bir daha təsdiq edir. Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes investisiya mühitinin formalaşdırılması digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Təbii ki, bu müsbət tendensiyanı şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində artımın olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 1.