Bank islahatlarının hədəfi: real sektor üçün əlverişli kreditlər

 

Azərbaycan iqtisadiyyatının yeni dövrə hazırlanmasının iqtisadi bazasının hələ 2004-cü ildən başlandığını yazmışdıq. Buraya infrastruktur quruculuğu, ərzaq təhlükəsizliyinin təmini siyasəti s. daxildir. Bilavasitə neft gəlirlərinin azaldığı neftsiz yaşama dövrünə keçid üçün konkret islahatlar isə 2014-cü ildə Prezident İlham Əliyevin real sektora, biznesə verilən kreditlərin bankların kredit portfelində çox aşağı səviyyədə olmasından narazılığını ifadə etməsi ilə aktuallaşdı. Daha sonra Prezident 2015-ci ilin fevralında bankları real sektora əlverişli şərtlərlə kredit verməyə çağırış etdi.

Bu o deməkdir ki, indiyə qədər neftdən gələn gəlirlər qeyri-neft sektorunu, infrastrukturu dirçəltmək üçün sərf olunub. İndi isə qeyri-neft sektoru kommersiya bankları vasitəsilə özü-özünü kreditləşdirməlidir. Həm kreditlər əlverişli şərtlərlə olmalıdır ki, real sektor onu həzm edə bilsin. Axı, yüksək faizli kreditlər yalnız ticarətdə, xüsusilə idxal üzərində qurulan ticarətdə əlverişli ola bilir. Real sektor isə gəlirlilik səviyyəsinə uzun müddətdən sonra çıxır odur ki, bu sahə üçün yüksək faizli kreditlər sərf etmir. Bu səbəbdən islahatın sonrakı mərhələsi - kredit faizlərinin aşağı salınması, uçot dərəcələrinin azalması istiqamətində addımlar atıldı, kreditləri ucuzlaşdıra biləcək bütün tədbirlərin həyata keçirilməsinə start verildi. Ardınca isə islahatın daha bir istiqaməti kimi maliyyə-kredit maliyyə-vergi intizamının gücləndirilməsinə başlandı. Məqsəd sahibkarları ucuz əlverişli kreditləri cah-cəlala deyil, istehsala yönəltmələrinə nail olmaqdır. Bu məqam-maliyyə intizamının gücləndirilməsi həmişə olduğu kimi, yenə Prezident İlham Əliyevin yeni iqtisadi dövr siyasətinin təməl prinsipidir.

Daha bir islahat istiqaməti isə milli valyutanın məzənnə islahatlarıdır. Artıq bütün dünyadavalyuta müharibəsi”nin vüsət aldığı bir dövrdə bu islahatlarsız keçinmək mümkünsüz görünür. Artıq dünyada istehsal deyil, bazar problemləri artdığı üçün dövlətlər ixracı stimullaşdırmaqdan ötrü devalvasiya tədbirləri görürlər. Ən məqbul hal kimi isə milli valyutanın azad kurs siyasəti qəbul olunur. Təbii ki, inflyasiyanın cilovlanması, nəzarətdə saxlanması tədbirlərinin paralel aparılması şərtilə. Yəni azad kurs siyasəti inflyasiyanın nəzarətdə saxlanılması siyasəti ilə eyni paketdə tətbiq olunur.

İndi biz iki yoldan birini seçməli oluruq. 1-ci yol: uçot dərəcəsinin aşağı salınması, ucuz kredit, aşağı faizli depozit artan inflyasiya variantı. 2-ci yol: yüksək faiz dərəcəsi, yüksək depozit faziləri aşağı inflyasiya.

Birinci variantda mənfi məqam əmanətçilərin depozitə görə aşağı faizlə qazanc götürməsi, əmanətlərin banklarda saxlanmasının cəlbediciliyinin azalması inflyasiyadır. Müsbət məqam isə iqtisadiyyata, xüsusilə real sektora ucuz kreditlərin verilməsi üçün əlverişli şəraitin yaranmasıdır. Yəni birinci variant istehsalçının xeyrinədir. İnvestisiyaların artmasına təkan verə bilən variantdır. Bu variant həm özünün yaratdığı mənfi nəticələri - inflyasiya bank əmanətlərinin cəlbediciliyinin azalması kimi nəticələri aradan qaldırmaq potensialını özündə ehtiva edir. Belə ki, iqtisadiyyat ucuz kreditlə təmin olunursa bu kreditlər Prezidentin dediyi kimi, real sektora yönəlirsə, nəticədə çoxsaylı yerləri açılır, istehsal artır, iqtisadiyyat yeni keyfiyyət mərhələsinə yüksəlir, əhalinin gəlirləri çoxalır, məhsul istehsalı ilə birlikdə təklif artır inflyasiyanın səviyyəsi sabit saxlanılır. Nəticədə depozit faizlərinin azalmasından itirilənlər yeni yerləri qiymətlərin sabitliyinin təmin olunması ilə kompensasiya edilir. Real sektoru güclü inkişaf edən ölkənin vətəndaşının depozit faizlərinə göz dikməsinə ehtiyac qalmır. Ancaq müəyyən həddə inflyasiya artan iqtisadiyyat üçün zəruri şərtlərdən biridir.

Beləliklə, ucuz kredit, aşağı depozit faizi inflyasiya variantı yerdə qalan kənar fəsadları istehsalın artması vasitəsilə aradan qaldırmaq iqtidarındadır. Hazırda Avrozonada Türkiyədə bu variant - “ucuz kredit nəzarət olunan inflyasiyatətbiq edilir.

Aşağı faizli depozitlərin bankların cazibədarlığını azaltması da müvəqqəti xarakterli ola bilər. Nağdsız ödəmələrin stimullaşdırılması, bankların təhlükəsizlik etibarlığının artırılması, əmanətlərin sığortalanması, bankların təmərküzləşməsi, Mərkəzi Bankdan aşağı faizlərlə vəsaitlərin cəlb edilməsi s. kimi artıq tətbiq edilmiş edilə biləcək islahatlar kommersiya banklarının dayanıqlığını xeyli artıra bilər. Amma istənilən halda bütün iqtisadiyyatın, o cümlədən bankların dayanıqlığı əsas, daimi resurs mənbəyi real sektordur. İqtisadi qüdrət, güclü dövlət, qüdrətli ordu, zəngin vətəndaş, sabit cəmiyyət real sektorun inkişafından başlayır.

2-ci - “yüksək faizli kreditlər aşağı inflyasiyayolu isə böyük neft gəlirləri dövrünün variantıdır. Bu dövrdə yüksək faizləri həzm etmək cəmiyyət iqtisadiyyat üçün elə çətin deyil. Amma real sektor, istehsal kreditləşmədə problemlər yaşayır. Real sektor kreditləşmirsə, deməli, “qatar lokomotivsizqalır.

Bugünkü islahatların hədəfi məhz bank -maliyyə sistemini real sektorun inkişafı qeyri-neft sektorunun öz-özünü, real sektoru maliyyələşdirməsi üçün hazırlamaqdır. Real sektor əlverişli kreditlərə paralel olaraq iqtisadi təşəbbüskarlığın müdafiəsi sisteminin qurulması, təşəbbüslərə yaşıl işıq yandırılmasından başlayır. Elə buna görədir ki, Prezidentin “Real sektora əlverşli şərtlərlə kreditlərbəyanatı iləSahibkara mane olmaq dövlətə xəyanətdirbəyanatına bu kontekstdə eyni paketdə baxmaq lazımdır. Bu həm biznes təşəbbüslərinin himayəsi eyni zamanda kreditləşdirilməsi deməkdir. Elan olunmuş islahatlar buna doğru aparır.

Ancaq Prezidentin real sektoru inkişaf etdirmək siyasəti təkcə kommersiya banklarına ucuz kreditlər verilməsi haqda çağırışı kreditlərin ucuzlaşması üçün tədbirlərin görülməsi ilə bitmir. Dövlət başçısı son müşavirədə güzəştli kreditlərin faizinin aşağı salınacağı haqda bəyanat vermişdir. Bu siyasət real sektoru 4-5 faizlik kreditlərlə təmin etmək imkanı yaradır kreditləri real sektor üçün xeyli əlverişli edir. Gözlənilir ki, kreditlərin həcmi ilə bağlı da müsbət dəyişikliklər tətbiq edilsin. Odur ki, növbəti dövr real sektorun dövrüdür. Bu, dövlətin iqtisadi siyasətinin prioritetidir.

 

İbrahim MƏMMƏDOV,

tarix üzrə fəlsəfə doktoru, əməkdar journalist

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 4.