Baş nazirin müavini Əli Həsənov: Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək

 

Avqustun 24-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib. Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə qərarlarını Ermənistan hələ yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. Lakin o da indiyədək heç bir səmərəli görməyib.

Əli Həsənov bildirib ki, biz ədalətin bərpa olunmasını istəyirik. Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür. Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi daşınması üçün istifadə etdiyini deyən Əli Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib. Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir.

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu Azərbaycana ilk səfəridir Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb. O deyib: “Eyni zamanda, Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox gözəl münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar”.

Maykl Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə bizi məyus edən odur ki, qrupun fəaliyyətində hələ ciddi irəliləyiş yoxdur.

Görüşün sonunda qonağaQaçqın məcburi köçkünlərə Prezident qayğısıkitabı disk təqdim edilib.

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 4.