Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin inkişafı istiqamətində əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə yeni hərbi attaşe təqdim olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı iləTurAz Qartalı - 2015” taktiki təlimlərin keçirilməsinin vacibliyi, o cümlədən belə tədbirlərin davamlı olaraq icra edilməsi xüsusi qeyd edilib.

Bundan əlavə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi digər məsələlər müzakirə olunub.

Müdafiə naziri Azərbaycan Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkilini, birgə təlimlərin keçirilməsinin vacibliyini vurğulayaraq hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bunun gələcəkdə davam etdirilməsinin zəruriliyini bildirib.

Səfir İsmayıl Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, briqada generalı İhsan Başbozkurtu təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 4.