Azərbaycan ilə Rusiya arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub

 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisiSərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müaviniSərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişovun dəvəti ilə avqustun 20-22-də Moskvada Kazanda rəsmi səfərdə olub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə nümayəndə heyətləri arasında Azərbaycan–Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb. Həmçinin sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, əməkdaşlığın əsasını təşkil edən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi s. məsələlər müzakirə olunub.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan Rusiya sərhəd xidmətləri arasında əldə olunan qarşılıqlı əlaqənin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlərin xarakterini müzakirə edib dövlət sərhədində şəraitə təsir göstərən əsas amillər kimi sərhədyanı rayonlarda terror aktlarının törədilməsi cəhdlərini, qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin, silah sursatın dövlət sərhədindən qanunsuz daşınması, habelə qeyri-leqal miqrasiya ilə əlaqəli olan mütəşəkkil dəstələrin ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyətini qeyd ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanıb.

Avqustun 21-də tədbir iştirakçıları Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov tərəfindən qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Zelenodolsk şəhərində yerləşən gəmiqayırma zavodu, habelə Kazan Bulqar şəhərlərinin mədəni-tarixi abidələri ilə tanış olublar.

Səfər dostluq qarşılıqlı anlaşma şəraitində keçib.

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 4.