Turistlərin maraq göstərdiyi məkan

 

Ölkəmizdə turizmin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti, atılan addımlar öz səmərəsini verir. Azərbaycanda 2011-ci ilinTurizm ilielan edilməsi bu sahədə görülən işlərin miqyasını genişləndirib.

Əsrarəngiz təbiətə, gözəl flora faunaya malik olan Azərbaycanın şimal rayonları, o cümlədən Quba  hər zaman turistlərin maraq göstərdiyi  məkanlar sırasında yer alıb. Bölgə təkcə təbii gözəllikləri ilə yox, həm   qədim tarix-mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur. Tarixi abidələri, qədim el adətlərinin, mətbəxinin nümunələrini özü ilə ölkəsinədaşıyanturist növbəti istirahət ilində həmin məkanı seçirsə, demək, qarşılaşdığı onu qane edib. O özü ilə sonrakı ildə daha bir neçə nəfərin həmin ərazilərə səfərinin təşkilatçısına çevrilir.

Meşələrlə örtülü dağların qoynunda yerləşən şəlaləli çaylar, soyuq bulaqlar səyahət həvəskarlarının, təbiət vurğunlarının ən çox xoşladıqları məkanlardandır. Qubanın coğrafi mövqeyi, təbii şəraiti elədir ki, hamının diqqətini cəlb edir. Bu yerlərdə turizmin geniş miqyas alması inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Əlaqədar təşkilatların vəzifəsi isə bu səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdır.

I Avropa Oyunları keçirilən zaman Qubanın istirahət mərkəzləri daha qonaqlı-qaralı olub. Turistlərin böyük qismi istirahətlə yanaşı, rayonun dünənini bugününü  özündə yaşadan tarix-diyarşünaslıq xalça muzeylərində olmuş, Quba Memorial Soyqırımı Kompleksini ziyarət etmişlər. Piyada gəzmək turistlərin ən çox üstünlük verdikləri hərəkət vasitəsidir. Yaşıl meşələr, sıx ormanlar buraya gələnləri, sözün həqiqi mənasında, valeh edir. Onların çoxu çadırlarda qalmağa üstünlük verir. Gecələr Qubanın ucqar dağ kəndlərinə uzanan yolun kənarında onlarla belə çadıra rast gəlmək mümkündür. Bu gün Qubanın elə bir kəndini, elə bir yaşayış ərazisini tapmazsan ki, orada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmayasan.

Hər həftənin şənbə bazar  günləri rayonun mərkəzində xüsusi konsert proqramları təşkil edilir. Möhtəşəm Heydər Əliyev seyrəngahında  hər gün  xarici ölkədən gəlmiş çoxlu turist görə bilərsən.  Heydər Əliyev gənclər mərkəzləri, yaşıl teatr, əzəmətli musiqili fəvvarə qonaqların yaddaşında xüsusi iz buraxır. Həmçinin dövlət rəmzləri, tariximiz barədə məlumatlar  səsləndirilir. Mərasimlərdə tanınmış şairlərin şeirlərindən parçalar oxunur, yazıçıların əsərlərindən səhnələr göstərilir. Axşamlar xüsusi viktorinalar, şoular təşkil olunur. Qəçrəş yolu, Xınalıq istiqamətində kəndlərin mədəniyyət ocaqlarının qarşısında da  konsert proqramları təşkil edilir. Bu zaman təkcə tanınmış musiqiçilər deyil, yerli həvəskarların da ifaları dinlənilir.

Bu gün Qubanın  Məstərgah”, “Nazlı bulaq”, “Retro”, “Şane”, “Cənnət bağı”, “Quba”, “Aynur digər  istirahət mərkəzlərində formalaşan turizm brendi uzun illərin təcrübəsindən doğur. İndi Quba turizm sektorunda xüsusi çəkiyə malikdir. Buna səbəb  respublikamızın şimal bölgəsinin turizm potensialının zənginliyi, rəngarəngliyidir. Bu sahədə adına layiq  yaxşı nəticələri isə Quba çoxdan qazanıb.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 10.