Qyonqcu İpək Yolu mədəniyyət festivalı çərçivəsindəAzərbaycan günükeçirilib

 

Koreya Respublikasının Qyonsanbuk əyalətində keçirilən Qyonqcu İpək Yolu festivalı çərçivəsindəAzərbaycan günüadlı konsert proqramı təşkil edilib.

BMT-nin ixtisaslaşmış qurumu olan Dünya Turizm Təşkilatının dəstəyi ilə təşkil edilən qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festivalın proqramına daxil olan milli günlərdən birincisi Azərbaycana həsr olunmuşdu.

Konsertin açılış mərasimində çıxış edən Qyonqcu şəhərinin meri Çoi Yanq-şik qədim İpək yolunun ortasında yerləşən Azərbaycanın Qərb Şərqi birləşdirdiyini deyib. O, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətə malik bir ölkə olduğunu vurğulayaraq, tədbirin həmin mədəniyyət ilə yaxından tanış olmaq imkanı baxımından əhəmiyyətini vurğulayıb.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov xalqlarımız arasında qədim İpək Yolu dövründə yaranmış əlaqələrin hazırda yeni formada inkişaf etdiyini, bu istiqamətdə mədəni əməkdaşlığın vacib rolundan bəhs edib.

Bakıdakı Şərq Təbabəti Klinikasının baş həkimi xanım Zərifə Quliyeva SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın təbrik məktubunu oxuyub.

Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. Azərbaycan Mədəniyyəti Fondunun SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə keçirilənAzərbaycan günü”ndə rəqqaslar, pianoçu solistlər, saz ifaçıları koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim etdilər.

Proqrama Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasındaCəngi”, “Nəlbəki”, “Qarabağ yallısı”, “İgidlərxalq rəqsləri, Üzeyir HacıbəylininKoroğluoperasındanQızların rəqsi”, “Odlar yurdu” (Eldar Mansurov) Qobustan” (Cavanşir Quliyev) rəqsləri ifa olundu.

Əməkdar artist Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, o cümlədən solistlər - əməkdar artistlər Teyyub Aslanov Nuriyyə Hüseynovanın ifasındaBana, bana gəl” (Cahangir Cahangirov), “Bəri baxYaylığımxalq mahnıları Qarabağ şikəstəsisəsləndi.

Bundan başqa, solistlər əməkdar artist Anar Hüseynli Lətifə Soyuöz, Naibə Şahməmmədova (piano) Üzeyir HacıbəylininArşın mal alanoperettasından Gülçöhrə Əsgərin duetini, “Sarı gəlinxalq mahnısını, “Xalq Heydər söyləyəcəkmahnısını ifa etdilər. Qəbələdən olan saz ifaçıları Nürəddin Xanlarov Zeynəb Xanlarova koreyalı tamaşaçıları milli musiqimizin qədim janrlarından olan saz sənəti ilə tanış etdilər.

Azərbaycan günüMüslüm MaqomayevinAzərbaycanmahnısının ifası ilə sona çatdı. Tamaşaçıların böyük diqqətlə izlədiyi konsertə yerli mətbuatın da marağı böyük idi.

Qeyd edək ki, “Azərbaycan günü”ndən əlavə, incəsənət ustalarımız bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.

 

Şahin CƏFƏROV,

AZƏRTAC-ın xüsusi müxbiri

Qyonqcu

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 11.