Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

 № 286                                         Bakı şəhəri, 20 avqust 2015-ci il

 

Mexaniki nəqliyyat vasitələrinin onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi girov qoyulması Qaydasının təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 94 nömrəli 3 aprel tarixli 100 nömrəli qərarları) ilə təsdiq edilmişMexaniki nəqliyyat vasitələrinin onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.18-ci bənd əlavə edilsin:

“2.18. Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşayan əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınır.”.

2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Diplomatik nümayəndəlik konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınmasının xüsusiyyətləri

3.1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı bu personalın ailə üzvləri onlara məxsus xidməti şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edirlər.

3.2. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının bu personalın ailə üzvlərinin xidməti şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi “D” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

3.3. Diplomatik nümayəndəlik konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki xidməti personalına bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.

3.4. Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı verilir.”.

3. 9.2-ci bəndin 2-ci yarımbəndi ləğv edilsin, 5-ci yarımbəndindən isə “2,” rəqəmi çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 1.