Sosial sahədə mühüm proqramlar həyata keçirilir

 

Azərbaycanın ən böyük nailiyyətlərindən biri qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatların aparılması çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunmasıdır. Ölkəmizdə ötən illər ərzində demək olar ki, bütün istiqamətlər üzrə konkret proqramlar uğurla icra edilmişdir.  Bunun da nəticəsi həmin sahələrin tərəqqisi ilə yanaşı sosial sferada özünü göstərmişdir. Əhalinin pul gəlirlərinin əhəmiyyətli dərəcədə artması, yeni yerlərinin açılması, yoxsulluğun səviyyəsinin azaldılması, bütün kateqoriyalardan olan vətəndaşların rifahının yüksəlməsi ölkəmizdə sosial sahədə qazanılan mühüm nailiyyətlərdir.

Reallıq da onu göstərir ki, Azərbaycanda iqtisadi sferada həyata keçirilən siyasətin kompleks inkişafın özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Sosial siyasətin fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı vətəndaş olmamalıdır. Bu baxımdan aparılan məqsədyönlü siyasət nəticəsində inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Ötən hər bir il sosial rifaha xidmət edən tədbirlərin işlənib hazırlanması uğurla reallaşması ilə əlamətdar olmaqla aparılan islahatların sosial yönümü təmin edilir.

Prezident İlham Əliyevin diqqət qayğısının nəticəsidir ki, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı məsələlər bu ilin birinci yarısında da prioritet vəzifələrdən biri olaraq qalmışdır. Əvvəllər olduğu kimi, bu ilin ötən dövründə iqtisadi sferada yaşanan inkişaf əldə edilən nailiyyətlər əhalinin maddi rifah halının yüksəlməsinə öz töhfələrini verərək bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olmuşdur.

Dünyada davam etməkdə olan qlobal iqtisadi problemlərə, neftin qiymətinin ucuzlaşmasına gəlirlərin azalmasına baxmayaraq, ölkəmizdə sosial sahədə bütün proqramlar tam icra edilir. Cari ilin ötən dövründə sosial öhdəliklər vaxtında tam yerinə yetirilmiş, işsizliyin yoxsulluğun azaldılması, əlillərin şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, əhalinin real gəlirlərinin sosial ödənişlərin artırılması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bütövlükdə 2015-ci ilin birinci yarısında sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi yaxud 2 milyard 25 milyon manatı yönəldilmişdir. Bu da bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində məhz insan amili dayanır. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”.

Bu dövrdə uğurlu sosial göstəricilərdən biri əhalinin gəlirlərindəki artımdır. Belə ki, 2015-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 2484,1 manat ya ayda 354,9 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olmuşdur.

Bu gün sosial sahədə həyata keçirilən ən mühüm proqramlardan biri ünvanlı sosial yardımdır. Ölkəmizdə ünvanlı dövlət sosial yardımının verilməsinə 2006-cı ildən başlanılmış ötən dövr ərzində yüz minlərlə ailəni əhatə etmişdir. İldən-ilə bu mexanizm daim təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilmiş, aztəminatlı ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmışdır. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən edilmiş ehtiyac meyarı 2006-cı ildə 30 manat olduğu halda, növbəti illərdə bir neçə dəfə artırılmışdır. Hazırda ünvanlı sosial yardım bir ailə üçün təxminən 150 manat təşkil edir. 2015-ci ilin ötən dövründə respublika üzrə orta hesabla 112 min ailənin 490 min üzvünə, yəni ölkə əhalisinin 5 faizinə ünvanlı dövlət sosial yardımı verilmişdir. Qeyd edək ki, bu, əvvəlki ilə nisbətən 20 faiz azdır. Buna səbəb artan sosial rifaha uyğun olaraq ölkədə ünvanlı yardıma ehtiyacın azalmasıdır.

Bu dövrdə 414 min nəfərə aylıq birdəfəlik sosial müavinət, 54 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilmişdir. İlin birinci yarısında ünvanlı sosial yardımların, aylıq birdəfəlik sosial müavinətlərin, təqaüd kompensasiyaların ödənişinə dövlət büdcəsindən 248 milyon manat vəsait xərclənmişdir.

Dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün dövlət büdcəsində ayrılan vəsaitlərin miqdarı artırılmışdır. Hazırda müharibə əlilləri şəhid ailələri üçün yaşayış evlərinin tikintisi davam edir.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin şəhid ailələrinin mənzil fərdi evlərlə təmin olunması proqramı çərçivəsində iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilmişdir. İmişli, Beyləqan, Şamaxı Bakı şəhərlərində ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası 52 rayonda 375 fərdi evin inşası, eləcə 165 mənzilin alınması işləri davam etdirilir. Bakı şəhərində gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın tikintisi tamamlanmaq üzrədir. Əlilliyi olan şəxslərə il ərzində ümumilikdə 964 mənzilin fərdi evin verilməsi təmin ediləcək.

Dövlət başçısının müvafiq sərəncamına əsasən müharibə əlilləri onlara bərabər tutulan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobili ilə təminatı xeyli sürətlənmişdir. Ötən il 2014-cü ilin mart ayınadək növbədə olan bütün müharibə əlilləri onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim edilmişdir. Sonrakı dövrdə avtomobil növbəsinə dayananların da avtomobillə təmin olunması üçün müvafiq işlər aparılır.

Ümumiyyətlə, bu ilin ötən dövründə de-institusionalizasiya tədbirləri, əlilliyi olan şəxslərin tibbi reabilitasiya sosial-məişət problemlərinin həlli istiqamətində mühüm işlər görülüb. 1160 nəfərə yaxın  əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı əlavə təhsil kurslarına cəlb olunub. Əlillərin istirahətinin təşkili diqqət mərkəzində olub. Bütün bunlar göstərir ki, bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsipinin gücləndirilməsi, aztəminatlı vətəndaşların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, bu yöndə sosial reabilitasiya əhəmiyyətli aktiv tədbirlərin həyata keçirilməsi, sosial xidmət sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması prioritetlər kimi respublikamızda daim diqqət mərkəzində saxlanılır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 1.