Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 26-da Latviyanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuris Maklakovsi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Yuris Maklakovsi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 2.