Şərq təranələri” X Beynəlxalq Musiqi Festivalı keçirilir

 

Özbəkistanın qədim Səmərqənd şəhərindəŞərq təranələri” X Beynəlxalq Musiqi Festivalı keçirilir. İki ildən bir keçirilən bu nüfuzlu musiqi bayramında dünyanın 80-dən çox ölkəsindən gələn musiqiçilər iştirak edirlər.

Festivalda ölkəmizi Azərbaycanın əməkdar artisti Təyyar Bayramovun rəhbərlik etdiyiButamusiqi qrupu təmsil edir. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər.

Yubiley festivalında 1997-ci ildə keçirilənŞərq təranələri” I Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalınQran primükafatına layiq görülmüş xalq artisti Simarə İmanova da fəxri qonaq kimi iştirak edir.

Festival çərçivəsində elmi-nəzəri konfrans keçiriləcək, tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər-Lalə Hüseynova Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər. 

Ümumiyyətlə, Azərbaycan musiqiçiləriŞərq təranələriBeynəlxalq Musiqi Festivalında uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə - Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əskərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər.

Festival avqustun 31-dək davam edəcək.

 

Qulu KƏNGƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

Səmərqənd

 

Azərbaycan.- 2015.- 27 avqust.- S. 8.