Musiqili Teatr yeni mövsümə ciddi hazırlaşır
Azərbaycan Dövlət Musiqili Teatrı mövsümə bir sıra yenilik və sürprizlərlə gəlir. Kollektiv mövsümü Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaqdır.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Azərbaycan.- 2015.- 27 avqust.- S. 8.