Birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərin hamısına minnətdarlığını bildirir

 

Hörmətli oxucular,

Əziz dostlar!

Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif regionlarından xarici ölkələrdən məktublar teleqramlar vasitəsilə aldığım çoxsaylı təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü minnətdarlığımı bildirmək istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə qədər xeyirxah, xoş səmimi arzular ünvanlamısınız. HamınızaÇox sağ olundeyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz məhəbbətlərini belə sadə, gözəl səmimi ifadə edən uşaqların təbrikləri məni çox mütəəssir etdi.

Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə minnətdaram. Məhəbbətinizə etimadınıza görə sağ olun.

Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi hiss edirəm. Məhz siz sizin mənə inamınız məni ruhlandırır əlavə qüvvə verir.

Sözlərin vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.

Əziz dostlar!

Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, doğmalarınıza yaxınlarınıza möhkəm cansağlığı xoşbəxtlik, aydınlıq məhəbbət arzu edirəm.

Məhəbbətlə,

 

Mehriban Əliyeva

27 avqust 2015-ci il

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 1.