Azərbaycanda müxtəlif dinlərə mənşəyə malik olan insanların birgəyaşayışı dünyada yaxşı nümunə sayılır

 

Prezident İlham ƏLİYEV: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin

 

Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Söhbət milli-mənəvi, mədəni dəyərlərinyad təsirlərdən qorunmasıadı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş təhlükədən gedir.

Tolerantlıq gücsüzün əzilməsinə dözümlü münasibəti təlqin etmir. Tolerantlıq hər hansı zorakılığa seyrçi münasibət anlamında da başa düşülməməlidir. Tolerantlıq, eyni zamanda, öz mədəniyyətindən imtina ya imtina edilməyə təzyiq göstərilməsi demək deyildir. Müxtəlif fikir, inam, əqidə dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmək qarşıdakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək deməkdir. Tolerantlıq müxtəlif millətlərin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, həyat tərzlərinin, dünyagörüşlərinin, habelə müxtəlif dinlərin, irqlərin dinc yanaşı yaşamasının ən mühüm şərtidir.

Ağır müharibə münaqişələr əsri kimi dəyərləndirilən XX yüzilliyin gerçəklikləri bir daha təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, habelə insan hüquq azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyil. Tolerantlıq düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixliİnsan hüquqlarına dair Ümumi Bəyannamə”si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilir ki, “İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət ümumi dünyanın əsasını təşkil edir”.

Tarixdə baş vermiş müharibə cinayətləri digər topluma aid insanların irqi, cinsi, dini, siyasi münasibətlər zəminində tamamilə məhv edilməsi məqsədinə yönəlir. Xocalı soyqırımını törədən ermənilər bu baxımdan tolerantlıq düşüncəsindən uzaq olduqlarını nümayiş etdiriblər. Eyni zamanda, Ermənistanda azərbaycanlılara aid mədəni-tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması milli-dini dözümsüzlüyün ifrat forması kimi diqqəti çəkir. Bu gün Ermənistan MDB məkanında ən monoetnik respublikalardan biridir - burada hətta rusların da normal yaşayışına imkan verilmir.

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir. Azərbaycanda yaşayan bütün xalqların dinlərin nümayəndələri arasında tərəfdaşlıq qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini milli zəmində heç bir qarşıdurma baş verməmişdir.

Prezidint İlham Əliyev son 12 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən dini ziyarətgahların əsaslı təmirinə yenidənqurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Xalqın tarixi yaddaşının, dini milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumun keçirilməsi mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Forumda dünya birliyinin siyasi, elm mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq müzakirələrin təşkilidir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun ISESCO-nun dəstəyi ilə keçirilənMədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsimövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Prezident İlham Əliyev ölkədə insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamlaAzərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi demokratikləşmə spontan şəkildə həyata keçirilə bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramınınİnsan hüquqları sahəsində tədris, elmi-analitik maarifləndirmə tədbirləri”ndən bəhs edən dördüncü fəslinin 4.11-ci maddəsində insan hüquq azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə çox önəmli addımlar atılır”.

Ümumilikdə müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bir zamanlar belə bir təhlükəni qərəzli şəkildə islamla əlaqələndirməyə çalışan bəzi Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir düşüncəyə qarşı başlanmışsəlib yürüşü” ilk növbədə bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir. Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri milli-etnik dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə zərbəni artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinxedləri digər millətçi təşkilatlari göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır. Bununbaşağrısınıisə Avropa özü çəkməli olacaq.

Azərbaycanda tolerantlıq irqi, milli, dini bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bu günün həm lokal, həm qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 1.