Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında ABŞ səfiri ilə görüş

 

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini–icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov avqustun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə partiyanın mənzil-qərargahında görüşüb.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunub.

 

Azərbaycan. -2015.- 27 avqust.- S. 3.