Uşaqları HəştərxandakıDrujbauşaq bağçasında tərbiyə alan valideynlərin bir qrupu Azərbaycanın birinci xanımını ad günü münasibətilə təbrik edib

 

Həştərxan şəhərindəki Bələdiyyə büdcəsindən maliyyələşdirilənHeydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbitəhsil müəssisəsi nəzdindəDrujbauşaq bağçasında tərbiyə alan uşaqların valideynlərinin bir qrupu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

AZƏRTAC-a daxil olmuş təbrik məktubunda deyilir: “Biz Həştərxan şəhərindəki 11 nömrəli məktəbin nəzdində bu il yeni tikilmişDrujbauşaq bağçasına gedən uşaqların valideynləriyik. Bu məktəbəqədər müəssisə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Şəhərin bəzəyinə çevrilmiş bu qəşəng, rahat binaya görə, uşaqlarımızın bütün gün ərzində olduğu təmiz rahat qruplara, uşaq bağçasının həyətində balacaların təmiz havada əyləndikləri müasir oyun meydançalarına görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Həştərxanlı valideynlər yazırlar ki, balacalar hər səhər uşaq bağçasına məmnuniyyətlə gedir, burada maraqla yeni biliklər əldə edir, günlərini şən keçirirlər. Bağçada rahatlıq, xeyirxahlıq ab-havası hökm sürür. Uşaqların inkişafı tərbiyəsi üçün hər cür şərait yaradılıb. Onların asudə vaxtlarının daha rəngarəng olması məqsədilə valideynlər mütəmadi olaraq bayram tədbirləri, ailəvi görüşlər idman viktorinaları təşkil etməyi planlaşdırırlar.

Məktubda deyilir: “Əzizimiz Mehriban xanım, Sizi bu bayramlarda fəxri qonaq kimi görməyə çox şad olardıq”.

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 2.