Meksika Konqresində Azərbaycan ilə əməkdaşlığın inkişafına dair qətnamə qəbul olunub

 

Meksika Konqresinin Daimi Komissiyasının Xarici Əlaqələr, Müdafiə İctimai Təhsil üzrə İkinci Komitəsində “Federal icra hakimiyyətini Azərbaycan Respublikası ilə Meksika arasında münasibətlərin genişləndirilməsi üçün zəruri addımlar atmağa çağıran razılaşma mövqeyi üzrə birgə təklifadlı qətnamə qəbul edilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəd Daimi Komissiyaya Meksika Senatı Xarici əlaqələr komissiyasının sədri senator Qabriela Kuevas Barron, senator Pilar Orteqa Martinez senator Xuan Karlos Romero tərəfindən təqdim edilib.

Qətnamədə Azərbaycan haqqında məlumat verilərək 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Meksikanın Azərbaycan ilə Latın Amerikası arasında körpü rolunu oynadığı, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin iqtisadi inkişafa nail olduğu bütün bunların ölkədə kommunikasiya, elm texnologiya, sosial rifahın yüksəlişi, müasirləşmə innovasiyalara səbəb olduğu qeyd edilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu vurğulanaraq, Qafqazın ən strateji ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Ölkəmizin neftin hasilatı, istismarı emalı sahəsində 150 ildən artıq təcrübəyə malik olduğu Meksikanın bu təcrübədən bəhrələnə biləcəyi Azərbaycandan əldə ediləcək biliklərin köməyi ilə hazırda Meksikada mövcud olan neft resurslarının istismar edilə biləcəyi məqamlar da sənəddə öz əksini tapıb.

Azərbaycanın kənd təsərrüfatının, turizmin, qeyri-neft sektorunun inkişafı, yoxsulluğun azaldılması sahələrindəki nailiyyətləri barədə məlumat verilərək ölkənin enerji, turizm, mədən sənayesi, telekommunikasiya, elm, texnologiya digər sahələrə beynəlxalq sərmayələr yatırdığı bildirilib.

Qətnamədə, həmçinin hər iki ölkənin zəngin mədəni irsə malik olduğu xüsusi vurğulanır.

Sənəddə iki ölkə arasında iqtisadi, enerji, mədəniyyət, kənd təsərrüfatı, texnoloji inkişaf sahələrində əməkdaşlığın vacibliyi vurğulanaraq Meksika Federal Hökumətinə Azərbaycan Meksika arasında münasibətlərin gücləndirilməsinin zəruriliyi ilə bağlı çağırış edilib.

Meksika Senatının rəsmi internet saytında yerləşdirilən qətnamə ilə aşağıdakı linklərdə tanış olmaq mümkündür:

http://www.senado.gob.mx/index.php?ver=cp&mn=4&id=57051

http://mfa.gov.az/news/878/3415

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 3.