BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin iclası olub

 

Avqustun 27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin birinci iclası olub.

AZƏRTAC xəbər verir ki, müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət Təşkilat Komitəsinin iclasında komitənin sədri, mədəniyyət turizm naziri Əbülfəs Qarayev bu Təşkilat Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradıldığını vurğulayıb. Qeyd edib ki, sentyabrın 7-dən 10-dək BMT-nin işçi qrupu Azərbaycanda olacaq.

Nazir deyib ki, proses barədə məlumatlı olmaq onlarla görüşlərdə qaldıracaqları məsələlər haqqında hazırlığı lazımi səviyyədə təmin etmək, həmçinin məşğul olacağımız işləri müəyyənləşdirmək məqsədilə bir araya gəlmişik.

Ə.Qarayev Bakıda artıq üç dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkərək bu tədbirin bir ənənəyə çevrildiyini söyləyib. O, bu möhtəşəm tədbirin təşəbbüskarının şəxsən Prezident İlham Əliyev olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur dəstəklənir. Bu dünyada keçirilən yeganə forumdur ki, burada adətən bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə böyük maraq oyadır. Sözsüz ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda həyata keçirdiyi tolerantlıq, multikulturalizm siyasəti, Fond tərəfindən təşkil olunan silsilə tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevrilməsi istiqamətində mühüm addımdır.

Ə.Qarayev diqqətə çatdırıb ki, Azərbaycan daim belə tədbirlərin keçirilməsinə üstünlük verəcək.

Təşkilat Komitəsinin sədri Ə.Qarayev bildirib ki, BMTSA Forumu kifayət qədər ağır idarə olunan, müxtəlif təbəqələri, nümayəndələri, qurumları əhatə edən müzakirə platformasıdır. Burada əsasən ölkələri dövlət başçıları xarici işlər nazirləri təmsil edirlər. Paralel şəkildə bir sıra istiqamətdə müzakirələr aparılır. Bu tədbir artıq dünyanın ən böyük forumu kimi qəbul olunur. Ona görə onun keçirilmə əhəmiyyəti tək bizim ölkənin deyil, artıq BMT-nin bir tapşırığı vəzifəsidir. Nazir Bakıda keçiriləcək forumda BTM-nin baş katibi Pan Gi Munun iştirak edəcəyini söyləyib.

Mədəniyyət Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansı barədə təqdimatla çıxış edib. Təqdimatda alyansın yaranma tarixi haqqında məlumat verilərək bildirilib ki, qurum Qərb İslam dünyası arasında gərginliyin aradan qaldırılması məqsədilə 2005-ci ildə yaradılıb.

Təşkilat Komitəsinin katibi, həmçinin alyansın strukturu, fəaliyyətinin prioritet istiqamətləri, BMTSA-Azərbaycan əməkdaşlığı, forumun Bakıda keçirilməsinin üstün cəhətləri gözləntilər barədə ətraflı məlumat verib.

Daha sonra Əbülfəs Qarayev bildirib ki, forum müddətində müzakirə olunacaq məsələlərlə yanaşı, Azərbaycanın mövqeyini tanıtmaq üçün işlər görülməlidir.

İclas foruma hazırlıqla bağlı məsələlərin müzakirəsi ilə davam etdirilib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25–dən 27-dək Bakıda keçiriləcək.

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 7.