Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı ilə görüşüb

 

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Əl-Cəzirə televiziyasının İran məsələləri üzrə müşaviri Fatima Alsmadi ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mübariz Qurbanlı Azərbaycandakı dini durum dövlət-din münasibətlərindən danışıb. Komitə sədri qeyd edib ki, ölkəmizdə bu münasibətlər Konstitusiya "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Bu gün Azərbaycan tolerantlıq multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Ölkəmizdə müxtəlif konfessiyalar sərbəst qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər.

Daha sonra Dövlət Komitəsinin sədri Fatima Alsmadinin dini icmaların ölkəmizdəki fəaliyyəti, eləcə İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə televiziyasının müşaviri ölkəmizə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin respublikamızda olduğu müddətdə topladığı məlumatların real vəziyyəti tam əks etdirdiyini diqqətə çatdırıb. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant ölkə olduğunu vurğulayıb.

Qarşılıqlı hörmət səmimiyyət şəraitində keçən görüşün sonunda Əl-Cəzirə televiziyasının müşaviri səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 7.