BakıdaSənaye tətbiqli idarəetmə optimallaşdırmamövzusunda beynəlxalq konfrans keçirilir

 

Avqustun 27-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin Tətbiqi Riyaziyyat İnstitutunun, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin ABŞ-ın İllinoys Universitetinin birgə təşkilatçılığı iləSənaye tətbiqli idarəetmə optimallaşdırma” (COIA-2015) mövzusunda beşinci Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna, Rusiya, ABŞ, İran, Qazaxıstan digər ölkələrdən olan alim mütəxəssislər iştirak edirlər.

Konfransın açılışında çıxış edən rabitə yüksək texnologiyalar naziri, akademik Əli Abbasov Azərbaycanda elmin təhsilin inkişafına böyük diqqət göstərildiyini, bu məsələnin Prezident İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirib. Nazir beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyini deyib. Tədbirdə müxtəlif ölkələrdən tanınmış alim mütəxəssislərin iştirakını yüksək dəyərləndirən Əli Abbasov qeyd edib ki, biz dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət yetirməliyik.

Bildirilib ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-dək məruzənin dinləniləcəyi gözlənilir. Artıq ənənə halı almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyənin Bilkənt Universitetində, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində keçirilib.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən danışıb, optimallaşdırma idarəetmənin hazırda dünyanın ən aparıcı aktual elm sahələrindən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, hazırda elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin ən yaxşı şəkildə idarə edilməsi tələb olunmasın.

Rektor son dövrlərdə hər il Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm təhsil sahəsində 90-dək proqram qrant layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, BDU-nun alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə birlikdə yerinə yetirilir beynəlxalq elmi ictimaiyyət tərəfindən dəstəklənərək qəbul edilir.

Akademik A.Məhərrəmov onu da qeyd edib ki, bu günədək BDU dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür beynəlxalq reytinq cədvəllərində öndə gedir. Belə vacib konfransın BDU-da keçirilməsinin əhəmiyyətini qeyd edən rektor tədbirin öz məqsədlərinə çatacağına ümidvar olduğunu bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki, Bakıda keçirilən hər bir elmi konfrans ölkəmizin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. BDU-da təşkil edilən bu tədbir çox mühüm məsələyə həsr olunduğuna görə aktualdır. Nazir müavini bildirib ki, 26 ölkədən alimlərin iştirak etdikləri beynəlxalq tədbir bu sahədə dünyada aparılan tədqiqatların inkişafına, elm adamları arasında əlaqələrin genişlənməsinə təkan verəcək. Konfransın Bakıda keçirilməsi həm Azərbaycan elminin inkişafına təbliğinə mühüm təsir göstərə bilər.

Firudin Qurbanov ölkəmizdə elm təhsilin inkişafının daim diqqət mərkəzində olduğunu, son dövrlərdə bu sahədə böyük islahatların aparıldığını, bir sıra mühüm dövlət sənədlərinin qəbul edildiyini diqqətə çatdırıb.

Konfransın beynəlxalq proqram komitəsinin sədri, ukraynalı professor Vladimir Larin dünyanın tanınmış alimlərini bir araya toplayan bu tədbirin təşkilinin artıq ənənəyə çevrildiyini bunu yüksək dəyərləndirdiyini vurğulayıb. Konfransın proqramında mövzuya uyğun vacib məruzələrin yer aldığını söyləyən ukraynalı alim bölmə iclaslarında maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib.

İllinoys Universitetinin professoru Tamer Başar qeyd edib ki, olduqca aktual mövzuya həsr olunan konfrans dünya elmi üçün əhəmiyyətli hadisələrdəndir. Artıq beşinci dəfə təşkil olunan konfransın sonrakı illərdə fəaliyyətini davam etdirəcəyinə, coğrafiyasının daha da genişlənəcəyinə əminliyini bildirən alim söyləyib ki, bu silsilədən növbəti tədbir iki ildən sonra Nyu-Yorkda keçiriləcək. Bakıya hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu, yüksək qonaqpərvərliklə qarşılandığını vurğulayan T.Başar Azərbaycan xalqına dövlətinə uğurlar arzulayıb.

Rusiyalı alim Yuri Yevtuşenko Rusiya Azərbaycan alimlərinin səmərəli əməkdaşlığından danışıb, konfransın bu əlaqələrin inkişafına töhfə verəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Amerikalı professor Stefen Boyd təcrübə mübadiləsi baxımından konfransın əhəmiyyətini qeyd edib, tədbirdə bir sıra vacib mövzularda səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Sonra İllinoys Universitetinin professoru Tamer BaşarınRəqabət aparan elementli multiagent şəbəkələndirmə sistemlərimövzusunda məruzəsi dinlənilib.

Tədbirdə rabitə yüksək texnologiyalar naziri, akademik Əli AbbasovaUniversitetin dostu”, xarici alimlərdən bir qrupunaUniversitetin fəxri qonağımükafatları təqdim olunub.

Daha sonra konfrans işini sessiyalarda davam etdirib.Nəzarət optimallaşdırma”, “Qlobal optimallaşdırma”, “Forma optimallaşdırma”, “İdentifikasiya əksinə problemlərdə optimallaşdırma metodları”, “İntellektual qeyri-səlis nəzarət”, “Optimal nəzarətin ədədi üsulları”, “Tətbiqi proqramlar”, “Şəbəkə telekommunikasiya sistemləri”, “Neft sənayesi”, “İqtisadiyyat”, “Riyazi modelləşdirməmövzularında bölmə iclaslarında alim mütəxəssislər mövzuya dair məruzələrlə çıxış edib, geniş fikir mübadiləsi aparıblar.

Konfrans avqustun 28-də işini bölmə iclasları ilə davam etdirəcək.

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 7.