Azərbaycanın Türkiyənin xarici işlər nazirləri Antalyada görüşüblər

 

Avqustun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Antalyada keçirilən Azərbaycan, Türkiyə Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli çoxtərəfli əlaqələrə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Terrorizmin bütün forma təzahürləri, o cümlədən son günlər Türkiyədə törədilən terror aktları qəti şəkildə pislənilib. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin mal dövriyyəsinin artmasına xidmət edəcək Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tezliklə fəaliyyətə başlayacağından məmnunluq ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin ardınca TAP TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

Bu günlərdə Azərbaycan Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin ümumiyyətlə, qardaş ölkələr arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına, regional sülh təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin əhəmiyyəti xüsusi qeyd olunub. Bu formatda toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran regional beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2015.- 29 avqust.- S. 2.