Azərbaycan Türkmənistan xarici işlər nazirlərinin Antalyada ikitərəfli görüşü

 

Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən Azərbaycan, Türkmənistan Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Görüşdə Azərbaycan Türkmənistan arasında ikitərəfli çoxtərəfli əlaqələrə dair məsələlərə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında siyasi dialoqun inkişafından əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Son illər ərazində Azərbaycan Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət meyil olduğu bildirilib. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirilib.

Hökumətlərarası əməkdaşlıq komissiyasının əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rol oynadığı qeyd edilib.

Xəzər dənizinin iki ölkəni birləşdirən dəyər olduğu vurğulanaraq, enerji nəqliyyat sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin əhəmiyyəti vurğulanıb. Bu formatda toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb

 

Azərbaycan.- 2015.- 29 avqust.- S. 2.