Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

 

Türkiyənin Zəfər bayramı Türk Silahlı Qüvvələri Günü münasibətilə avqustun 28-də qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda səfirliyin Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, adamları, xarici ölkələrin Bakıdakı səfirləri media təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun tarixə nəzər salaraq türk xalqının Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının iradəsinin nümunəsidir bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti qurulub.

Tədbir ziyafətlə davam edib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 avqust.- S. 1.