Moskva Metropoliteninin nümayəndə heyəti Bakı Metropolitenində olub

 

Avqustun 27-də “Moskva MetropoliteniDövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, tərkibinə rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başlayıb.

Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub.

Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirələrini yad ediblər.

Səfər proqramı çərçivəsindəBakı Metropoliteni” QSC- görüş keçirilib. Qonaqları səmimiyyətlə qarşılayan QSC sədri Zaur Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, keçmiş SSRİ şəhərlərinin metropolitenləri arasında sıx əlaqələr həm formalaşmış ənənələrin qorunması, həm yeni inkişaf dövründə elmi-texniki tərəqqinin, yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakı metropoliteninin tarixindən söz açanBakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, perspektivlərdən danışıb, 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin Dövlət proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verib. “Bakı MetropoliteniAzərtunelmetrotikintisəhmdar cəmiyyətinin yenidən təşkili yolu iləBakı MetropoliteniQapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə məlumat verən Z.Hüseynov metropolitenə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu, ölkəmizdə hər il 8 noyabrın Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə ölkə başçısının 2006-cı ildə sərəncam imzaladığını vurğulayıb.

Moskva metropoliteninin rəisi Dmitri Peqov dəvətə görəBakı Metropoliteni” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib bu səfərdən sonra işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar metropoliteninNərimanovelektrik deposunda olublar. Onlara burada son illərdə görülən işlər, yaradılan şəraiti texniki yeniliklər barədə ətraflı məlumat verilib. Həmçinin çoxfunksiyalı diaqnostika kompleksində qurulmuş şərait xüsusi vaqonda tətbiq edilmiş yeniliklərə dair təqdimat olub. Bu sistemlərin Moskva metropolitenində tətbiqi nəzərə alınaraq, əlaqələrin, təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki tərəfə səmərəsi barədə fikirlər səslənib.

Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti metropolitenin təlim-tədris mərkəzinin qatar maşinistlərinin texniki kabinetində 81-760, 81-761,81–763 tipli qatarların tədris prosesinin yekunu olaraq keçirilən imtahanları da izləyib. Qeyd edək ki, tədris prosesi Moskva metropoliteninin işçi heyətinin peşə təmayülü, təlimi inkişafı xidmətinin yaxından iştirakı ilə keçirilib.

İmtahanların yekununda kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq diplomlar həmin qatarların idarə olunması hüququ verən sertifikatlar təqdim edilib.

Avqustun 28-də “Moskva metropoliteniDövlət Unitar Müəssisəsi nümayəndə heyətinin Bakı metropoliteni ilə tanışlığı davam edib. Qonaqlara metropolitenin qatar, enerji, eskalator, sanitar dispetçer mərkəzlərində ən müasir sistemlərin tətbiqi barədə məlumat verilərək, onların fəaliyyəti xüsusiyyətləri nümayiş etdirilib.

Sonra nümayəndə heyəti qatarla metropoliten səyahətinə çıxıb. İçərişəhərstansiyasında onlara dövlətin dəstəyi sayəsində əsaslı yenidənqurma tədbirləri barədə məlumat verilib. GənclikNəriman Nərimanovstansiyasında olan qonaqlara cari təmir işləri, son dövrlərdə həyata keçirilən nümunəvi sosial layihələr barədə məlumat çatdırılıb. Nizamistansiyasında isə qonaqların diqqəti stansiyaların bir-birindən fərqli memarlıq xüsusiyyətləri ilə seçilməsinə, milli ornamentlərə üstünlük verilməsinə yönəldilib. Qeyd olunub ki, bu mənada Bakı metropoliteni özünəməxsusluğu ilə fərqlənir.

Nümayəndə heyəti Bakı metropoliteninin perspektiv inkişaf sxemi Dövlət proqramına uyğun inşa edilən yeniBənövşəyixəttin şərti adıMemar Əcəmi-2” olan stansiyasında da olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə metropolitenin perspektiv inkişafına həsr olunmuş geniş müşavirədə verdiyi tapşırıqlara əsasən, yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri, xüsusən sərnişinlərin rahatlığı təhlükəsizlik tələblərinin ən yüksək standartlarına cavab verən sistemlər, avadanlıqlar tətbiq olunur. Bu mənada hərəkətin təşkili idarə olunmasında müasir CBTC, stansiya şəbəkəyə nəzarətdə, həmçinin idarəetməsində SCADA sistemləri əsas götürülüb. Xətlərdə müasir sistemlərin tətbiq edildiyi ən yüksək təhlükəsizlik standartlarına cavab verən qatarlar hərəkət edəcək.

Qeyd olunub ki, stansiyaların inşaatında da müasir texnologiyaların üsulların tətbiqinə başlanılıb. Bakının yer quruluşunun mürəkkəb geoloji coğrafiyası şəraitində bu üsullar tikintini daha səmərəli aparmağa kömək edir. Bu sahədə təcrübə mübadiləsinin, sahələrin, mütəxəssislərin mütəmadi əlaqələrinin vacibliyi qeyd edilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı söhbət aparılıb.

İkigünlük səfərdən məmnun qalan qonaqlarBakı Metropoliteni” QSC rəhbərliyinə təşəkkürünü bildirərək, əməkdaşlığın daha da dərinləşdirilməsi yeni məcrada davam etdirilməsi məqsədilə bakılı həmkarlarını Moskva Metropoliteninə dəvət ediblər.

 

Azərbaycan.- 2015.- 29 avqust.- S. 3.