Zamanın sınağından şərəflə çıxıb

 

Uzun illərdir ki, elimizin ağsaqqal ziyalısı Bəxtiyar Süleymanlı təsəvvürümdə ləyaqət simvoludur. Bu təsəvvür axarını indi düşmən tapdağı altında inləyən doğma Zəngilandan götürüb. Sovet dönəmində zəhmli DTK rayon şöbəsinə rəhbərlik edən Bəxtiyar müəllim iddiadan uzaq, səmimi, mədəni rəftarı, bütün məsələlərdə obyektiv, ədalətli mövqeyi ilə əhalinin dərin hörmət etimadını qazanmışdı. Bununla yanaşı, o, özünə, işinə tələbkar, tutduğu vəzifəni yüksək məsuliyyətlə icra edən dövlət adamı kimi tanınır sevilirdi.

Heç şübhəsiz, bu, 1950-ci illərdən başlayaraq Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə, sonra isə respublikaya rəhbərlik edən yüksək idarəçilik məharəti ilə yerlərdəki vəziyyəti daim nəzarətdə saxlayan, xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi. Xoşbəxtlikdən etmişdi !

Məhz bunun nəticəsi idi ki, B.Süleymanlı ilə bağlı göz yaddaşıma əsaslanan Zəngilan müşahidələrimi sonralar aldığım çoxsaylı xoş müjdələr tamamladı.

Heydər Əliyev ilk dəfə 1964-cü ildə DTK sədrinin birinci müavini işləyərkən B.Süleymanlını qəbul etmiş, Zəngilandakı vəziyyətlə maraqlanmış, şöbə rəisinin fəaliyyətindən razılığını onu narahat edən ciddi problemin həllinə təcili əməli kömək göstərməklə bildirmişdi.

Bəxtiyar müəllim ümummilli liderlə ikinci görüşünü belə xatırlayır: “1969-cu ilin fevral ayının 2-də ovaxtkı Dzerjinski adına klubda (indiki Şəhriyar adına saray) DTK-nın kollegiya iclası keçirilirdi. İclas 1968-ci ilin yekunlarına cari ildə qarşıda duran əməliyyat tədbirlərinin həyata keçirilməsi yollarına həsr olunmuşdu. DTK-nın sədri general-mayor Heydər Əliyev böyük məruzə ilə çıxış etdi. İclasda Moskva 3 nəfər yüksək rütbəli şəxslə təmsil olunurdu. Gözləmədiyim halda həm Heydər Əliyevin, həm əlavə məruzəçilərin - kadrlar üzrə müavin polkovnik H.Səmədovun xarici kəşfiyyat şöbəsinin rəisi polkovnik İ.Hüseynovun çıxışlarında Zəngilan rayon şöbəsinin hesabat dövründəki fəaliyyəti müsbət qiymətləndirildi. İclas bütün günü davam etdi. Nahar fasiləsində Heydər Əliyevin köməkçisi M.Eçkalov tapşırdı ki, çıxışa hazırlaşım. Axşam saat 19-dan sonra ulu öndər rayondan gəlmiş rəisləri qəbul etdi. Mənə yaxşı xidmətimə görə təşəkkürünü bildirdi, ehtiyaclarımızla maraqlandı.

Öz növbəmdə idarənin təzə maşına ehtiyacı olduğunu, inzibati yaşayış binalarının smeta layihəsinin hazırlandığını bildirdim, podratçı tikinti təşkilatının xərcinin ödənilməsini xahiş etdim. O, həmin an təsərrüfat şöbəsinin rəisinə zəng vuraraq yeni maşınlardan birinin Zəngilana ayrılması göstərişini verdi. Sonra hökumət telefonu ilə kənd tikinti naziri Tofiq Əhmədovla əlaqə saxlayaraq tikinti məsələsinin yaxın müddətdə həll olunacağını bildirdi. Mən üçüncü xahişimi - başqa rayona dəyişilmə məsələmi xatırladanda birinci müavin V.S.Krasilnikov onun otağına daxil oldu. Bu zaman Heydər Əliyev özünə xas olan təbəssümlə üzünü Krasilnikova tərəf tutaraq dedi:

- Gəl, Vitali Sergeyeviç, yaxşı vaxtında gəlmisən. Bu Bəxtiyar Süleymanovun dediklərində, qaldırdığı məsələlərdə mən məntiq görmürəm. Maşın istədi, verdim. Zəngilanda inzibati yaşayış binası tikmək istəyir, bunun da sözü verildi. Üçüncü xahişi Zəngilandan başqa rayona dəyişməkdir. Bəxtiyarın bu məntiqsizliyinə siz necə baxırsınız?

Məmnun halda oradan çıxmaq istəyərkən Heydər Əliyev məni saxladı dedi:

- Get, ilin axırına kimi bir fikrə gələrik...

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra 9 rayonu özündə birləşdirən Mingəçevir şəhər şöbəsini 1971-ci ilin yanvarında qəbul etdim...”

...1925-ci ildə Azərbaycanın dilbər guşəsi Zəngilanda, havası, suyu can dərmanı olan Bartaz kəndində dünyaya göz açan Bəxtiyar Süleymanlı bu il avqust ayının 29-da 90 yaşını qeyd edəcək. 35 ildən artıq təhlükəsizlik orqanlarında səmərəli fəaliyyət göstərmiş əmək veteranının, dəyərli el ağsaqqalının ömür yolu vətənə, xalqa sədaqətli xidmət nümunəsidir.

1942-ci ildə doğulduğu kəndin poçt idarəsinin bölmə rəisi işləməklə ilk əmək fəaliyyətinə başlayan gənc Bəxtiyar 3 aylıq kurs bitirərək bir müddət kəndli balalarına savad öyrətmiş, 1944-1945-ci illərdə alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. 1956-cı ildə qiyabi daxil olduğu Azərbaycan Dövlət Universitetində oxumaqla yanaşı, dövlət təhlükəsizlik orqanlarında işə qəbul edilmiş, SSRİ DT Nazirliyinin Azərbaycan Dəmir Yolu üzrə əməkdaşı, Naxçıvan MSSR-in Culfa, eləcə Mincivan dəmiryol bölmələrində baş əməliyyatçı vəzifələrində çalışmışdır. 1963-1971-ci illərdə DTK-nın Zəngilan rayonlararası şöbəsinə, sonrakı onillikdə 9 rayonu özündə birləşdirən Mingəçevir rayonlararası şöbəsinə rəhbərlik etmişdir.

Vətənə xidmətini Dövlət Təhlükəsizlik Komitəsinin Mərkəzi Aparatında bölmə rəisi işləməklə davam etdirən B.Süleymanlı 1987-ci ildə istefaya çıxmışdır.

Təbiətcə əməksevər olan təhlükəsizlik xidmətinin veteranı cəmi iki il dinc həyat tərzinə səbir etmiş, 1989-cu ildən başlayaraq 1996-cı ilədək Elmlər Akademiyasında Sabir adına Bakı Pedaqoji Texnikumunda elmi fəaliyyət sahələrində işləmişdir.

Bu gün ömrünün ixtiyar çağını yaşayan, keçdiyi şərəfli həyat əmək yoluna görə dövlət xalq qarşısında başı uca, üzü olan Bəxtiyar Süleymanlının dövlət təhlükəsizlik orqanlarında səmərəli, qüsursuz xidmətiƏmək rəşadəti”, “Hərbi rəşadətə görə”, “Dövlət sərhədinin qorunmasında fərqləndiyinə görəmedallarına, “SSRİ DTK-nın fəxri əməkdaşıdöş nişanına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, bütövlükdə 23 medal döş nişanına layiq görülmüşdür.

Dövlət qarşısında səmərəli xidmət əməliyyat göstəriciləri ilə diqqət çəkən B.Süleymanlı eyni zamanda yüksək mənəvi, əxlaqi keyfiyyətlərinə görə daim xalq arasında hörmət sahibi olmuşdur. Təsadüfi deyil ki, Mingəçevirdə xidmətini başa vurduqdan 15 il sonra onun bölgədəki səmərəli xidməti ictimai fəaliyyəti müzakirəyə çıxarılmış ziyalıların təklifi ilə Bəxtiyar müəllim Mingəçevir şəhərinin fəxri vətəndaşı seçilmişdir.

Nurani el ağsaqqalı xidmətdən sonrakı dövrdə yaradıcılıqda da özünü sınayaraqYaşatmaq üçün yaşanmış ömürƏbədi yaşarlaradlı iki dəyərli kitab yazmış mətbuatda yüzdən artıq müxtəlif səpkili məqalələr dərc etdirmişdir.

Bəxtiyar İbrahim oğlu Süleymanlının keçdiyi həyat yolu dəyərli olduğu qədər şərəflidir. O, ömrünü məsul bir işə bağlayaraq dövlətinə, xalqına alnı açıq, üzü xidmət edərək el-obasında şöhrət qazanıb.

Salam CAVADLI

 

Azərbaycan.- 2015.- 29 avqust.- S.7.