Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK katibliyinin media ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Məzahir Pənahov Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 avqust tarixli Sərəncamı ilə beşinci çağırış Milli Məclisə seçkilərin noyabrın 1-nə təyin edildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, 2015-ci ilin ölkəmizin tarixində mühüm hadisə - Milli Məclisə seçkilər ili olduğunu nəzərə alaraq, vətəndaşların Konstitusiya ilə təsbit edilmiş seçmək seçilmək hüquqlarının təmini, seçkilərin azad ədalətli keçirilməsi üçün hələ ilin əvvəllərindən Mərkəzi Seçki Komissiyası genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif seçki subyektlərinin maarifləndirilməsi məqsədilə irimiqyaslı layihələr reallaşdırılıb, aşağı seçki komissiyalarının şəraitinin maddi-texniki bazasının gücləndirilməsi üçün mütəmadi şəkildə ardıcıl addımlar atılıb.

Sonra iclasda seçki qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin ardıcıl keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədiləBeşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin Təqvim Planımüzakirə olunaraq təsdiq edilib.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2015.- 30 avqust.- S. 1.