2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar №13/99

 

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət müraciətlərin verilməsi onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə səsvermə gününə azı 60 gün qalmış hər seçki dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri katiblik əməkdaşları da daxil edilməklə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.

Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət müraciətlərin araşdırılmasının təmin edilməsi onların obyektivliyini səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə   yuxarıda göstərilən Təlimat”ın 5.1-ci bəndinə əsasən qərara alır:

1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərinin keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:

Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Bəxşeyiş Əsgərov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İradə Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri;

Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi;

İlkin Şahbazov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi;

Samir Tağıyev - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Monitorinq şöbəsinin baş məsləhətçisi.

2. Dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

Azərbaycan.- 2015.- 30 avqust.- S. 2.