Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

 

Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları avqustun 29-da Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi tədqiqi, eyni zamanda, milli tarixi mədəniyyətimizin tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəz hazırda həm binasının memarlıq xüsusiyyətləri, həm geniş əhatəli beynəlxalq fəaliyyəti ilə dünyada tanınır.

Qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi yaradılarkən burada Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif dövrlərinin əksini tapmasına xüsusi diqqət yetirilib. Bu gün muzey, eyni zamanda, Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra polis rəisləri Mərkəzdə nümayiş etdirilənAzərbaycan inciləri: tarixin axarındasərgisinə tamaşa ediblər. Məlumat verilib ki, Azərbaycan tarixini mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

“Mini Azərbaycansərgisi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, ekspozisiyada Bakıdakı Azərbaycanın regionlarındakı tarix-memarlıq abidələrinin bəzi müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.

Konfrans iştirakçıları Mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar. Qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılan Mərkəz ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 30 avqust.- S. 5.