Tariximizin maraqlı səhifələri

 

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək  olduğu kimi qiymətləndirmək lazımdır.

Heydər ƏLİYEV

 

Həyatımızın bütün sahələrində olduğu kimi, maddi-mədəniyyət abidələrinə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara tarixi əhəmiyyətli  tikililərə xüsusi qayğı göstərilir.

Bu sahədə atılan uğurlu addımlardan biri Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılanDaşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”dır. Proqrama əsasən aidiyyətı qurumlar tərəfindən milli mədəni irsin qorunması istiqamətində aparılan islahatlar,    daşınmaz tarix mədəniyyət abidələrinin pasportlaşdırılması mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanın qərb rayonlarında çoxsaylı xristian etiqadlı türk memarlıq abidələri var. 2001-ci il siyahıyalınmasında Gədəbəydə 106 belə abidə qeydə alınmışdır. 2014-cü ildə isə 1128 yeni abidə müəyyən edilmişdir ki, onların da  45-i  kilsə, 9-u monastırdır.  Xristian etiqadlı abidələr içərisində heç yerdə görmədiyimiz kilsə monastırlarla Şəmkir, Tovuz, Ağstafa, Daşkəsən, Gədəbəy rayonlarında rastlaşdıq. Bu ərazilərin əksəriyyətində kilsələr tək yox, cütdür. Onlar ya bir-biri ilə yanaşı, ya ardıcıl, ya da qismən aralı olmaqla paralel tikilib. Əvvəlcə iki kilsənin bir yerdə olması bizdə təəccüb doğursa da,  sonradan onun türk xarakterinə uyğun olduğunu müəyyən etdik. Belə ki, indinin özündə xristian kilsələrinə istər Avropa, istərsə Asiya ölkələrində qadın kişilər ibadətə bir yerdə gedirlər. Ancaq müsəlman məscidlərinə ibadətə gələn türk mənşəli qadınlar hökmən kişilərdən ayrı olmaqla ibadət edirlər. Milli mentalitetimizin tarixi reallıqlarına dini ənənələrimizə əsaslanaraq qoşa, yanaşı kilsələrdə ibadət edənlərin xristian etiqadlı türklər olduğunu birmənalı şəkildə qəbul etməliyik. Çünki erməni, gürcü kilsələrində qadınların ibadəti ayrı olur, onlar bir yerdə ibadət edirlər. Şəmkir rayonunun İrmaşlı kəndinə yaxın olan Böyük Bala pirlər, Gədəbəy rayonunun Çoban kəndi ərazisindəki Qızıl kilsə deyilən dağlıq ərazidəki Qoşa qızıl kilsələr, Söyüdlü kəndinin Köhnəqışlaq  ərazisindəki paralel kilsələr, meşə təsərrüfatı sahəsində, Çanaxçının üstündə Vəng kilsəsi adlanan sahədəki monastırın əhatəsində olan hökmdarlara aid ardıcıl əzəmətli kilsələr, kəndlərimizdəki qalaçalarda olan qoşa kilsələr, Qalakənddəki Koroğlu qalasındakı ardıcıl kilsələr, Qax rayonunun Ləkit kəndindəki yerli əhəmiyyətli memarlıq abidəsi VI-VII əsrlərə aid məbəd kompleksindəki Yeddi kilsədəki baş məbəd ikinci böyük kilsələr s. buna misal ola bilər. Türk qadını kişilərdən ayrı ibadət etdiyindən bir yerdə qoşa, paralel, ardıcıl tikilmiş ibadət ocaqları olan məbəd, kilsə monastırlar ancaq ancaq xristian etiqadlı türk xalqlarına məxsusdur. Odur ki, Kür çayının sağ sahilində Kiçik Qafqaz sıra dağlarının qoynundakı belə abidələr Böyük Qafqaz sıra dağlarındakı belə məbədlər ancaq ancaq türkdilli xalqlara aiddir. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bir qisim tədqiqatçı alimimiz əsərlərində kilsə, monastır adlarını çəkməyə belə ehtiyat  edirdilər. Unutmaq lazım deyil ki, Azərbaycanın qədim, yerli aborigen sakinləri ancaq ancaq türkdilli xalqlardır.

Bu gün Azərbaycan dünyada həm turizm ölkəsi kimi tanınır. Məqalədə adıçəkilən bölgəyə rayonlara turist axını ildən-ilə çoxalır. Yaxın uzaq xarici ölkələrdən gələn qonaqlara xristian etiqadlı  türklərin memarlıq abidəsi  olan qoşa kilsələrin  tarixi fəaliyyəti haqqında doğru dürüst məlumat verilməsi keçmişimizin ən maraqlı səhifələrindəndir.

 

Sabir  TAĞIYEV,                                                                                            

AMEA-nın Memarlıq İncəsənət İnstitutunun

Memarlıq abidələrinin qorunması bərpası

problemləri şöbəsinin böyük  elmi işçisi

 

Azərbaycan.- 2015.- 30 avqust.- S. 7.