Avstraliyalı siyasi şərhçi ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətdə ikili standartları barədə

 

Amerikada çıxan “The Washington Times” qəzetində Yaxın Şərqdə, Avrasiyada postsovet respublikalarında baş verən hadisələrin təhlili üzrə ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin “ABŞ Dövlət Departamentinin riyakarlığıbarədə məqaləsi dərc edilib. Materialın müəllifi Vaşinqtonun xarici siyasət idarəsinin ikili standartlarını şərh edir. Məqalədə deyilir ki, Azərbaycanda bu yaxınlarda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb: ölkə parlamentində 125 yerdən 70-ini bu partiyadan olan namizədlər tutublar. Seçkilərdən dərhal sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkilərin nəticələrini kəskin tənqid edib. Ekspertin fikrincə, bu tənqidə səbəb o olub ki, DTİHB nümayəndələri həmin seçkilərdə müşahidəçilər missiyasında iştirak edə bilməyib. Bununla əlaqədar, DTİHB hesab edir ki, bu seçkilərə müsbət qiymət verilməməlidir. Bir ölkədə keçirilən seçkilərə başqa ölkə tərəfindən bu cür etimadsız münasibət digər millətlərin nümayəndələri tərəfindən təkəbbürlülük kimi qəbul edilir.

C.Emler qeyd edir ki, Qərbdə başqa dövlətlərin qarşısında tamam ayrı problemlər durduğuna baxmayaraq, onların Qərb standartlarına uyğun olmamasını asanlıqla pisləyirlər. ABŞ Dövlət Departamenti həmin ölkələrdəki geosiyasi vəziyyət kontekstindən yalnız onu maraqlandıran məsələlərə nəzər salmaqla kifayətlənir. Müəllif Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasından sonra real vəziyyət barədə söhbət açaraq yazır ki, Azərbaycan bu müddətdə çox nailiyyətlər qazanıb. Azərbaycanda infrastrukturungüclü vətəndaş cəmiyyətinin inkişafı davam edir. Regionda etnoslararası gərginliyə baxmayaraq, Azərbaycan bu bölgədə müxtəlif etnikdini qruplara münasibətdə ən tolerant ölkə olaraq qalır. Məsələn, Avropa ölkələrinin çoxu ilə müqayisədə Azərbaycan bu gün yəhudilər üçün ən təhlükəsiz ölkədir. Müəllif yazır ki, başqa ölkələr barədə bunu demək olmaz, lakin ABŞ Dövlət Departamenti həmin dövlətləri nədənsə tənqid etmir. Ekspert məqalənin sonunda qeyd edir ki, əsas diqqəti Azərbaycanın hələ nələr etməli olması üzərində cəmləşdirmək lazım deyil, bundansa ölkənin indiyə qədər qazandığı nailiyyətləri qeyd etmək daha yaxşı olar.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan. - 2015.- 1 dekabr.- S.1.