Böyük Britaniyanın Lordlar Palatasının yeddi üzvü professor Nərgiz Paşayeva ilə görüşüb

 

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva noyabrın 24-də Böyük Britaniyanın məşhur və nüfuzlu ilk ixtisaslaşmış Purcell musiqi məktəbinin (http://www.purcell-school.org) dəvəti ilə Londonun ən qədim (1339-cu il) binalarından biri olan Goldsmith’s Hall-da ənənəvi illik Qala-şam yeməyində iştirak edib.

Bu cür Qala-gecələr Böyük Britaniyanın musiqi dünyası üçün ən əhəmiyyətli hadisələrdən biri hesab olunur. Mərasim zamanı Purcell məktəbinin direktoru Ceyms Hardinq qonaqları salamlayaraq tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, qonaqlar qarşısında çıxış edərək Purcell məktəbinin şagirdlərini və onların çıxış proqramını təqdim edib.

Şam yeməyində Ser Saymon Rattl, Lordlar Palatasının üzvü Baronessa Varnok kimi Böyük Britaniyanın məşhur mədəniyyət xadimləri, həmçinin tanınmış professorlar və digərləri iştirak ediblər. Qeyd etmək lazımdır ki, Purcell məktəbinə Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz himayədarlıq edir.

Bundan əvvəl, bu ilin iyununda, professor Nərgiz Paşayeva Lord Germanla birlikdə Purcell məktəbini ziyarət edərək, məktəbin rəhbərliyi ilə görüşlər keçirib, buradakı tədris sistemi və məktəbin infrastrukturu ilə tanış olub. Səfər zamanı professor Nərgiz Paşayeva məktəb rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən Bülbül adına ixtisaslaşmış musiqi məktəbi arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdi. Həmçinin dünyanın ən məşhur ixtisaslaşmış tədris müəssisəsi olan Purcell məktəbində iki azərbaycanlı məktəblinin təhsil almaları ilə bağlı müzakirələr də aparılmışdı.

Professor Nərgiz Paşayevanın bu təşəbbüsü Purcell məktəbinin rəhbərliyi tərəfindən müsbət qarşılanaraq dəstəklənib. Bunun nəticəsi olaraq, bu il noyabrın 23-də professor N.Paşayevanın dəvəti ilə Bülbül adına məktəbin direktoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayev və məktəbin iki şagirdi – tarzən Atabəy İsmayılov və pianoçu Rəşid Behbudov Purcell məktəbini ziyarət ediblər. Həmin məktəb tərəfindən bakılı qonaqlar üçün həftəlik proqram hazırlanıb. Bu həftə ərzində onlar məktəbdə keçirilən dərslərdə iştirak edəcək, Britaniyanın musiqi təhsili sistemi ilə yaxından tanış olacaqlar. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German və təşkilatın digər üzvləri ilə yanaşı, professor Nərgiz Paşayevanı Qala-gecədə Bülbül adına musiqi məktəbindən gələn qonaqlar da müşayiət ediblər.

Qeyd etmək lazımdır ki, Bülbül adına ixtisaslaşmış musiqi məktəbi şagirdlərinin Purcell məktəbində çıxışı onların səfərinin ən maraqlı məqamlarından biri kimi qəbul oluna bilər.

Böyük Britaniyaya səfəri zamanı professor Nərgiz Paşayeva noyabrın 25-də Lordlar Palatasında onun şərəfinə təşkil olunan işgüzar naharda iştirak edib. Nahar Lord German, həmçinin Lordlar Palatasının digər 6 üzvüLord Berkli, Lord Klement-Cons, Lord Lipsey, Lord Rou-Beddou, Lord AberdarLord Tomas Qrestfordskinin dəvəti ilə baş tutub.

Görüş Böyük Britaniya parlamentinin Lordlar Palatasının məşhur Holm zalında keçirilib. Tədbirdə iştirak edən Lordlar Palatasının üzvləri professor Nərgiz Paşayevanı səmimi salamladıqdan sonra mədəniyyət maarifləndirici mövzularda fikir mübadiləsi aparıblar. Görüşdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin rəhbərliyi altında musiqi sahəsində digər müştərək mədəni-humanitar layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.

Professor N.Paşayeva lordlara Azərbaycanın çoxşaxəli musiqi irsi haqqında söz açıb Şərqdə ilk muğam-opera olanLeyli Məcnun”un məhz Azərbaycanda Üzeyir bəy Hacıbəyli tərəfindən yazıldığını vurğulayıb. Görüşdə o da qeyd olunub ki, Azərbaycanın musiqi mədəniyyəti özünün milli ənənəvi janrlarını çox gözəl inkişaf etdirməklə yanaşı, klassik Avropa musiqi irsinin bütün janrlarını da əhatə edə bilib. Bundan əlavə, professor N.Paşayeva ölkəmizi beynəlxalq səviyyədə təmsil edən caz ifaçıları məktəbinin yaranmasından da danışıb. O, həm Üzeyir bəy Hacıbəyli tərəfindən yaradılan Konservatoriya Bülbül adına musiqi məktəbinin tarixi əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Görüş zamanı professor N.Paşayevaya tarix, ədəbiyyat, həmçinin müasir tədrisin müxtəlif mövzulara yanaşma prinsiplərinə dair suallar ünvanlanıb. Qarşılıqlı maraqlı şəraitdə davam edən söhbət zamanı bir sıra mədəni-tarixi aspektlərə toxunularaq qeyd olunub ki, Qərbdə Azərbaycan haqqında məlumatların daha geniş yayılmasına ehtiyac var. O da bildirilib ki, bu məsələdə vətəndaş cəmiyyəti ilə ictimai təşkilatların təşəbbüsləri ən yaxşı vasitədir.

Naharda iştirak edən, Böyük Britaniyanın ən görkəmli bəstəkarlarından biri olan Lord Berkli professor Nərgiz Paşayeva ilə tanış olmağından məmnunluğunu ifadə edərək, növbəti görüşlərdə maraqlı olduğunu bildirib. Qeyd edək ki, Lord Berkli 1977-ci ildə öz musiqi əsərinə görə Ginnes üzrə qalib olub. Tanınmış musiqiçi olan Lord Berkli həm BBC 3 radio kanalında musiqili layihələrin rəhbəridir.

Lord Klement-Cons Lordlar Palatasının mədəniyyət, media idman üzrə Liberal partiyasının nümayəndəsidir. O da öz növbəsində mədəniyyət təhsil ilə bağlı maraqlı məqamlara toxundu, öz təcrübəsindən danışdı, həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin göstərdiyi fəaliyyətin vacib olduğunu bildirdi.

“The Economist”, “Prospect”, “The Sunday Times”, “The Guardian” kimi dünya şöhrətli nəşrlərdə jurnalist karyerası ilə məşhurlaşan Lord Lipsey həm Londonun İTV televiziyasının İdarəetmə Şurasının üzvüdür. O, professor N.Paşayevanın həmsədr olduğu Cəmiyyət tərəfindən aparılan işin önəmini vurğulayaraq Böyük Britaniyada Azərbaycan haqqında məlumatın az olduğunu etiraf edib.

Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur musiqili-teatr kral kollecinin prezidenti Lord Rou-Beddou isə professor N.Paşayevanı Uels paytaxtı Kardiffə dəvət edib. Dəvətə görə Lorda təşəkkürünü bildirən professor Nərgiz Paşayeva məmnuniyyətlə Uelsə səfər edəcəyinə söz verib.

“VALTZ” musiqi şirkətinin direktoru Lord Aberdar ölkədəki 92 qədim əsilli lordlardan biridir. Uels Milli Kitabxanasının himayədarlar Şurasının və Stefan Docson Xeyriyyə təşkilatının üzvü olan Lord Aberdar İngiltərə-Azərbaycan Cəmiyyətinin musiqi sahəsində apardığı işlərin onu çox yaxından maraqlandırdığını deyib. O, Bakıdan gələn möhtərəm qonağa Böyük Britaniyadakı musiqi təhsili sistemi haqqında danışıb.

Britaniya İmperiyası” ordeninə layiq görülmüş, kral müşaviri titulunu daşıyan, Kembricin Piterhauz cəmiyyətinin sədri Lord Tomas Qrestfordski professor Nərgiz Paşayevanı salamlayaraq ona Böyük Britaniyada keçirilən musiqi festivalları haqqında məlumat verib. O, bundan sonra da dostluq və ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German da öz növbəsində qeyd edib ki, professor N.Paşayeva ilə birlikdə bu il üçün planlaşdırılan layihələrin hamısı uğurla həyata keçirilib və gələcək layihələrin perspektivləri şübhə doğurmur.

Yığıncaq iştirakçılarına, həmçinin Böyük Britaniyada Azərbaycanın bütün sahələrdə öyrənilməsi üzrə yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında da məlumat verilib.

Həm dəvətə, həm də Azərbaycana və özünə qarşı göstərilən maraq və diqqətə görə lordlara təşəkkürünü bildirən professor Nərgiz Paşayeva, ölkələrimiz arasında əlaqələrin inkişaf edəcəyindən və planlaşdırılan layihələrin uğurla həyata keçiriləcəyindən əminliyini bəyan edib.

Görüşün sonunda professor Nərgiz PaşayevaLord German Kraliçanın qəbul və geyimlər otağını ziyarət ediblər. Qeyd edək ki, Britaniya kraliçası hər il Parlamentin açılış iclasına hazırlaşarkən bu otağa baş çəkir. Otaqda Britaniya monarxlarının qiymətli portretləri, “Böyük Azadlıqlar Xartiyasının” (Magna Carta) surəti, vaxtilə kraliça Viktoriyayaondan sonrakı monarxlara məxsus olan və hazırda Kraliça II Yelizaveta tərəfindən istifadə olunan taxt yerləşir.

 

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Azərbaycan.- 2015.- 1 dekabr.- S. 6.