Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentiBaş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma

 

Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 noyabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 2 dekabr.- S. 1.