Prezident İlham
Əliyev Gürcüstanın müdafiə nazirini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul
edib.
Dövlətimizin başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin
ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın
genişləndirilməsi işinə öz
töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli
ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə
xüsusi önəm verdiyini
vurğuladı.
AZƏRTAC
Azərbaycan. - 2015.- 3 dekabr.- S. 2.