Dövlətqaçqınkomda Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 2-də Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Kim Çanq-gyu ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq məqsədilə keçirilən görüşdə səfiri təbrik edən Əli Həsənov ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Koreya arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib.

Baş nazirin müavini Əli Həsənov ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitarinkişaf təşkilatlarının, istərsə də səfirliyinin həyata keçirdikləri humanitarinkişaf layihələrinə görə təşəkkürünü bildiribbu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını deyib.

Görüşdə Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq, hökumətlərarası münasibətlərin bundan sonra da davaminkişaf etdiriləcəyinə əminliyini bildirib.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etmədiyindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları heç bir nəticə verməyib.

Əli Həsənov deyib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən illərdə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə, çox şey itirib. Azərbaycan isə müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub. Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir.

Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Ölkəmizdə yoxsulluq həddi artıq 5 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biriinsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları varuğurla icra olunur. Azərbaycan öz inkişaf tempi ilə dünya ölkələri arasında çox önəmli yerdədir və bir neçə istiqamət üzrə dünyanın maraq mərkəzindədir. Ölkəmiz MDB məkanında müstəqil siyasət yürütməklə dünyada ən layiqli yerini tutub. Azərbaycanda son 10 ildə 1 milyon 300 min yeni yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilə qədər neftdən asılılıqdan xilas olmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib”.

Baş nazirin müavini bildirib ki, əgər torpaqlarımız işğal altında olmasaydı, qaçqın və məcburi köçkün problemi ilə üzləşməsəydik, ölkəmizin əldə etdiyi nailiyyətlər daha da böyük olardı. Bu gün Avropa ölkələri 400-500 min qaçqının əlində aciz qalıb. Görün, o ölkələrdə həmin qaçqınlar hansı problemlərlə üzləşirlər. Bu insanların bütün hüquqları tamam pozulub, Avropa isə bizə demokratiya dərsi keçmək istəyir. Bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Azərbaycan Prezidentinin bu istiqamətdə gördüyü işlər bütün dünya üçün nümunədir.

Ətraflı məlumata görə minnətdarlıq edən koreyalı diplomat ölkələrimiz arasındakı iqtisadi münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib və gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Azərbaycan. - 2015.- 3 dekabr.- S. 3.