Azərbaycan ilə
Tacikistan arasında dini,
mədəni və humanitar sahələrdə
əməkdaşlıq inkişaf edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 2-də Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərindən, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. O, dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daim xüsusi diqqət göstərildiyini bildirib, ölkəmizin malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.
Zohir Saidov
ölkələrimiz arasında dini, mədəni
və humanitar sahələrdə əməkdaşlığı
yüksək qiymətləndirərək bildirib
ki, ikitərəfli münasibətlərimiz
müxtəlif sahələrdə uğurla
inkişaf edir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 dekabr.- S. S. 5.