Əlillərə qayğı dövlət siyasətinin tərkib hissəsidir

 

Sağlam həyat uzun ömürdən çox dəyərlidir. Bu hikmət yaddaşlara əbədi yazılsa da, nədənsə, çox vaxt xəstəlik güc gələnə kimi unudulur. Lakin elə xəstəliklər də var ki, onlar ya anadangəlmə, ya da hər hansı bədbəxt hadisədən törəyir. Təəssüf ki, belələrinin arasında uşaq, yeniyetmə və gənclər də var. Statistik rəqəmlər göstərir ki, bu kateqoriyaya daxil olan insanlar ölkə əhalisinin 5 faizini təşkil edir. Onlardan 62 min nəfəri əlil, yaxud fizikipsixoloji hərəkəti məhdudlaşan uşaqya yeniyetmələrdir.

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyir ki, əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5 faizi əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlardır. Əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən bizdə aşağı olmasının əsas səbəbi əhalimizin gənc olmasıdır. Respublikamızda əlil insanların artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Təkcə bu döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub: Azərbaycanda reallaşan sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilir. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşırdı, maliyyə imkanlarımızın hələ aşağı olduğu 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə fərdi evlə təmin olunmuşdur. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilmişdir.

Əlilliyi olan insanlara ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Onların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşır. Bakıda və bölgələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım sürətinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlib.

Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2018-ci illəcən mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.

Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

Əlilliyi olan insanlara xidmət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının sayı kifayət qədərdir. Hazırda ölkədə 70-ə yaxın ictimai birliyin fəaliyyət istiqaməti məhz əlillərin cəmiyyətə inteqrasiyasına yönəldilib ki, burada da əsas məqsəd əqli və fiziki məhdudluğu olan uşaqların yaradıcılıqlarının üzə çıxarılmasıdır.

ISESCO-ya üzv dövlətlərin Bakıda keçirilən IV konfransında da qeyd olundu ki, insanları birləşdirən amillər onları ayıran məsələlərdən daha çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğundur. Çünki xüsusi qayğıya ehtiyacı olanların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və digər sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrin deyib ki, Azərbaycanda uşaqların, o cümlədən əlilliyi olanların sosial müdafiəsi digər ölkələrə nümunədir: “Azərbaycan dövləti onların hərtərəfli qayğısına qalır. Lakin Azərbaycanın üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüş, 50 min nəfərdən artıq insan əlil və şikəstə çevrilmişdir ki, onların arasında uşaqlaryetkinlik yaşına çatmayanlar daha çox olmuşdur”.

Əlil və şikəst hesab edilən insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası bu gün dünya miqyasında olduqca vacibaktual problem hesab edilir. Ona görə də beynəlxalq birliklər bu istiqamətdə fəaliyyətlərini genişləndirmək üçün bir araya gəlməkdə, bəşəri problemin həlli yollarını birgə axtarmaqdadırlar. 2011-ci ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində 65 ölkədən 82 əlil təşkilatın iştirakı ilə konfrans keçirilməsi də məhz bu məqsədi daşıyırdı. Onu da qeyd edək ki, məhz Dünya Əngəllər Forumu da həmin konfransda təsis edilmişdir.

2006-cı ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası və əlavə Protokolu qəbul olunub. Azərbaycan 2008-ci ildə həmin Konvensiyanı və Əlavə Protokolu ratifikasiya edərək BMT-nin müvafiq qurumuna hesabat verib. Bakıda “Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın monitorinqiparalel hesabatın hazırlanması üzrə beynəlxalq seminar-təlim”in keçirilməsi də təsadüfi deyil. Məqsəd “Əlilliyi olan şəxslərin hüquqları” haqqında BMT Konvensiyasının Azərbaycan kontekstində həyata keçirilməsinə nəzər yetirmək və təhlil etmək idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda noyabrın son günlərində keçirilən əlilliyi olan şəxslərin IX ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də bu qəbildən olan tədbirlərdən biri kimi yadda qaldı. Tədbirdə əlillərin ictimai həyatın bütün sahələrində iştirakına geniş şəraitin yaradılmasını Prezident İlham Əliyevin sosial inkişaf kursunun əsas istiqamətlərindən biri olduğu vurğulandı. Bildirildi ki, əlilliyi olan şəxslərin IX ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin üzə çıxarılaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq potensiallarının dəstəklənməsi və onların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət edir. Sərgi-müsabiqədə əvvəlki, yəni əlilliyi olan şəxslərin VIII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi ilə müqayisədə 76 nəfər çox, yəni əlilliyi olan 221 şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oymametal üzərində işləmə, bədii tikmə və s. növlərdə əl işləri nümayiş etdirildi.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar bu sərgi-müsabiqədən olduqca xoş, unudulmaz təəssüratlarla ayrıldıqlarına, onların yaradıcılıq əzmini artıran və ictimai-mədəni həyatda fəal iştirak etmələrinə şərait yaradan belə tədbirlərin təşkilinə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Ümumiyyətlə, əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət, ya qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir. Axı, belə insanların da hər kəs kimi yaşamaq haqqı var. Onlar da özlərini cəmiyyətin sağlam ruhlu üzvləri kimi hiss etməlidirlər.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 3 dekabr.- S. 6.