Azərbaycan Prezidenti İlham
Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu
ilə təkbətək görüşü
Dekabrın 3-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq
ifadə edildi. Əlaqələrimizin
genişləndirilməsi baxımından bu
səfərin önəmi xüsusi
vurğulandı. Münasibətlərimizin bundan
sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2015.- 4 dekabr.- S.1.