Geniş tərkibdə görüş
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda
bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Sizin səfərinizə
çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən
sonra ilk səfərinizdir.
Seçkilərdə qazandığınız qələbə münasibətilə
Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz.
Bu da təbiidir.
Biz də seçkilərdən
sonra ilk səfəri qardaş Türkiyəyə
edirik. Bu, bir daha Türkiyə-Azərbaycan
birliyini, qardaşlığını
göstərir. Bizim əlaqələrimiz
ən yüksək zirvədədir. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün
məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik
və dəstəkləyəcəyik.
Şadam ki, Siz Azərbaycana
böyük heyətlə
gəlmisiniz. Əminəm ki, hökumətin
yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə
edəcəklər, əlaqələrimizin
inkişafı üçün
yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün
sahələri əhatə
edir. Biz bütün sahələrdə
gözəl inkişafı
görürük. Əminəm
ki, Sizin
səfəriniz də
bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz.
X X
X
Türkiyənin Baş naziri Əhməd DAVUDOĞLU dedi:
- Çox təşəkkür
edirəm, hörmətli
cənab Prezident.
Bu, çox gözəl
ənənədir. Bazar ertəsi
gecə etimad səsverməsindən sonra
Türkiyə Respublikasının
64-cü hökuməti olaraq
vəzifəmizin icrasına
başladıq. Hələ İstanbula
və doğulduğum
Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm.
Çünki Bakı,
Azərbaycan bizim canımızdır, ürəyimizdir.
Ona görə mən həmişə buraya “Can
Azərbaycan” deyirəm.
Ona görə bu ənənəyə sadiq
qalaraq heyətimizlə
birlikdə ilk səfərimi
Bakıya etməkdən
çox böyük məmnunluq hissi keçirirəm.
Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə
təmsil olunan nazirləri Sizə təqdim edəcəyik. Çünki
birlikdə işləyəcəyik. Azərbaycanın,
hamımızın böyük lideri atanız möhtərəm Heydər
Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu mənada
bizim nazirlərimizə Sizin
nazirləriniz kimi, sizinkilərə də
bizimkilər kimi hər zaman
baxıldığını bilirik.
Əlaqələrimiz genişmiqyaslıdır. Dünyada heç bir iki ölkə
arasında əlaqələr Türkiyə-Azərbaycan
münasibətləri qədər yaxın deyil.
Energetika, ticarət, nəqliyyat, mədəniyyət
sahələrində çox geniş əlaqələrimiz var.
Həmişə olduğu kimi,
bizi böyük qonaqpərvərliklə
qarşıladınız.
AZƏRTAC
Azərbaycan.- 2015.- 4 dekabr.- S. 1.