Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

 

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 4 dekabr.- S.3.