K.M. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2015-ci il.

 

Azərbaycan. - 2015.- 4 dekabr.- S.3.