Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 342
¹ 342 Bakı şəhəri,
3 noyabr 2015-ci il
“Ali təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin və
“Azərbaycan Respublikası
Nazirlər Kabinetinin dəyişiklik edilmiş
bəzi qərarlarının
siyahısı”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təkliflərinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alir:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 1, maddə
62; 2012,
¹ 5, maddə 485, ¹ 10, maddə
1006; 2013, ¹ 10, maddə 1231) ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.12-ci bənd aşağıdakı redaksiyada
verilsin:
“1.12. Ali təhsil müəssisəsinin
nizamnaməsi təhsil
müəssisəsinin təsisçisi
(Azərbaycan Respublikası
Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən
təsdiq edilir.”.
2. Aşağıdakı məzmunda
1.12-1-ci və 1.12-2-ci bəndlər
əlavə edilsin:
“1.12-1. Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş ali təhsil
müəssisəsinin nizamnaməsində
edilən dəyişikliklər
təhsil müəssisəsinin
elmi şurası tərəfindən qəbul
olunur və təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq
edilir.
1.12-2. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi bələdiyyə və özəl ali təhsil müəssisələrinin
nizamnamələrinin təsdiqinə
və onlarda edilən dəyişikliklərə
rəy verir.”.
3. 5.1-ci bəndin birinci cümləsində “elmi, elmi-metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar
şuraları və
s.” sözləri “elmi-metodiki,
təhsilalanlar, qəyyumlar
şuraları” sözləri
ilə əvəz edilsin.
4. 5.2-ci bəndin birinci cümləsində “Ali təhsil”
sözləri “Dövlət
ali təhsil”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 4 dekabr.- S. 3.