Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 343
¹ 343 Bakı şəhəri,
3 noyabr 2015-ci il
Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi
Nizamnaməsinin və
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin dəyişiklik edilmiş
bəzi qərarlarının
siyahısının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təkliflərinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 1, maddə 60; 2012, ¹ 5, maddə 484, ¹ 6, maddə
625, ¹ 10, maddə 1008; 2013, ¹ 10, maddə 1230) ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- Orta ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.
1.3-cü bənd aşağıdakı
redaksiyada verilsin:
1.3. Orta ixtisas təhsili
müəssisəsinin nizamnaməsi
təhsil müəssisəsinin
təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq
edilir..
2. Aşağıdakı məzmunda
1.3-1-ci və 1.3-2-ci bəndlər
əlavə edilsin:
1.3-1. Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş orta ixtisas təhsili
müəssisəsinin nizamnaməsində
edilən dəyişikliklər
təhsil müəssisəsinin
pedaqoji şurası tərəfindən qəbul
olunur və təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq
edilir.
1.3-2. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin
təsdiqinə və
onlarda edilən dəyişikliklərə rəy
verir..
3. 4.2-ci bəndin birinci cümləsində pedaqoji,
təhsilalanlar və qəyyumlar şurası və s. sözləri təhsilalanlar, qəyyumlar
şurası sözləri
ilə əvəz edilsin.
4.
4.3-cü bəndin birinci
cümləsində Orta
ixtisas sözləri
Dövlət orta ixtisas sözləri ilə əvəz edilsin və ikinci cümləsinə və təhsil sözlərindən əvvəl , bu Nümunəvi Nizamnamə
sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 4 dekabr.- S. 3.