Bakıda III Regional İnternet İdarəçilik Forumu keçirilir

 

Hafiz Paşayev: “İnformasiya texnologiyalarının inkişafı onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir

 

Bakutel 2015” XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 3-də Bakıda “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılmasımövzusunda III Regional İnternet İdarəçilik Forumu (RİİF) işə başlayıb. Azərbaycanın Rabitə Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının (UNDP) “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən iki gün davam edəcək forumun rəsmi tərəfdaşları isə BMT-nin İqtisadi Sosial Məsələlər üzrə Departamenti (UNDESA) İnternet İdarəçilik Forumudur (IGF).

AZƏRTAC xəbər verir ki, forumun rəsmi açılışında “ADA” Universitetinin İnformasiya Texnologiyaları Mühəndislik İnstitutunun dekanı, elmlər doktoru Muhammadu Kah forumun informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir davamlı inkişafın təminində əsas rol oynayır: “Regionda yeni İKT iqtisadiyyatının yaradılmasına ehtiyac var. Keçirilən forum bu işin daha da təkmilləşdirilməsinə öz töhfəsini verən platforma olacaq. Bununla da, İKT innovasiyalı iqtisadiyyat qurulacaq, tələbələrin yeni startaplar İKT innovasiyaları yaratmalarına stimul verəcək. Nəticədə isə yüksək ixtisaslı gənclərə kadrlara olan tələbatın təmin edilməsi mümkün olacaq”.

“ADA” Universitetinin bu ekosistemə dəstək verdiyini deyən Muhammadu Kah bildirib ki, universitet bu sahədə fəaliyyət göstərən qurumlarla əməkdaşlıq edir. O deyib: “ADA” Universitetində informasiya texnologiyaları sahəsi üzrə 4 proqram icra olunur. III Regional İnternet İdarəçilik Forumu isə rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək”.

“ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin universitet üçün əhəmiyyətini qeyd edərək deyib: “Çox şadıq ki, III Regional İnternet İdarəçilik Forumu “ADA” Universitetində keçirilir bu bizim üçün çox vacibdir. Əminik ki, bu forum universitetin İKT fakültəsinin tələbələri üçün əhəmiyyətli olacaq. Çünki informasiya texnologiyaları gənc nəslin həyatının bir hissəsidir. Əsas məsələ isə gənclərin bu imkanlardan necə faydalanmasıdır”.

BMT ilə “ADA” Universitetinin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini deyən Hafiz Paşayev bildirib ki, İKT sahəsi universitet üçün prioritetdir: “Enerji iqtisadiyyatının şaxələndirilməsi üçün bu forum mühüm rol oynayacaq. Çünki informasiya texnologiyalarının inkişafı onun iqtisadiyyatda tətbiqi çox əhəmiyyətlidir”.

Azərbaycanın Rabitə Yüksək Texnologiyalar Nazirliyinin internet, idarəçilik forumu katibliyi layihəsinin rəhbəri Nəriman Hacıyev qeyd edib ki, forumun keçirilməsində məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Həmçinin, forum regional İKT inkişafının mərkəzi olan Azərbaycanın yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi əməkdaşlıq qurması, bu sahədəki problemlərin birgə müzakirəsi maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.

Azərbaycanda diplomatik fəaliyyəti başa çatan BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek deyib: “Azərbaycan İKT sahəsində BMT-nin siyahısında yüksək pillədə qərarlaşıb. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki qazandığı təcrübədən bəhrələnsin istifadə etsin. BMT bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycana daim dəstək olacaq”.

Son illər Azərbaycanda İKT sektorunun inkişafı üçün mühüm addımların atıldığını deyən A.Broek qeyd edib ki, bunun nəticəsində Azərbaycan İKT sahəsində öz sözünü deyən ölkəyə çevrilib.

Forumun informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verəcəyini deyən BMT-nin İqtisadi Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) idarəetmə ictimai administrasiya üzrə baş mütəxəssisi Vyaçeslav Çerkasov qeyd edib: “İKT sahəsinin inkişafı bu günün ən aktual məsələlərindəndir. Müxtəlif qurumlar şirkətlər isə bu sahənin daha da təkmilləşdirilməsi üçün mühüm layihələr reallaşdırırlar. Çünki müasir dövr qloballaşan dünya bunu tələb edir”.

Forum çərçivəsindəTəhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik innovasiya üçün kiber-təhlükəsizlik – regional kiber-təhlükəsizlik alyansları təşəbbüsləri”, “Texnologiyanın gələcəyi 2016-2020 - proqnozlar nələrdən xəbər verir”, “Ağıllı cəmiyyət strategiyası - hökumətlər İKT-dən yeni cəmiyyətin yaradılmasında istifadə edirlər”, “Sosial media paylaşma iqtisadiyyatıİqtisadi şəxələndirilmənin İKT innovasiyalar mühitinə təsirikimi mövzular müzakirə olunur. Tədbirdə 250 nəfərdən çox Azərbaycan digər ölkələrin hökumət, biznes diplomatik nümayəndələri, elm vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri internetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşıblar. Ötən illərdə olduğu kimi, builki forumda da BMT-nin İqtisadi Sosial Məsələlər üzrə Departamenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya İnternet Korporasiyası (ICANN) digər beynəlxalq qurumların nümayəndələri iştirak edirlər. Tədbirin sponsoru “Nar” şirkətidir.

Qeyd edək ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb hər il keçirilir. Tədbirə BMT-nin İqtisadiSosial Məsələlər üzrə Departamenti, BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyi dəstək verir.

 

Azərbaycan. - 2015.- 4 dekabr.- S.4.