Latviyanın Rifah Nazirliyinin nümayəndə
heyəti ümummilli lider
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət edib
Azərbaycana
rəsmi səfərə gələn Latviya
Respublikasının rifah naziri Uldis Augulisin
başçılıq etdiyi nümayəndə heyəti
dekabrın 3-də Fəxri xiyabana gələrək, müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhərin yüksək
nöqtəsindən Bakının ümumi
mənzərəsini seyr edən nümayəndə
heyətinə paytaxtın inkişafı, tarixi
memarlıq xüsusiyyətləri qorunub saxlanmaqla, burada həyata
keçirilən müasir infrastruktur
layihələri, görülən abadlıq-quruculuq işləri
barədə ətraflı məlumatlar verilib.
AZƏRTAC
Azərbaycan. - 2015.- 4 dekabr.- S.5.